Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununa çıxıb. Mediaxeberleri.Az xəbər verir ki, D Liqasının 2-ci qrupunda yer alan Ayxan Abbasovun komandası 2-ci turda Lixtenşteynlə üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma yerli vaxtla saat 20:00-da başlayıb. Görüş qolsuz heç-heçə ilə başa çatıb. Millimiz turnirdə ilk oyununda səfərdə Litva ilə 1:1 hesablı heç-heçə edib. Lixtenşteyn isə ilk turda öz meydanında Litvaya 0:2 hesabı ilə uduzub. Qeyd edək ki, hazırda FİFA-nın reytinqində Azərbaycan millisi 125-ci, Lixtenşteyn isə 206-cı yeri tutur. 1 oktyabr 20:00. Azərbaycan - Lixtenşteyn - 0:0 Baş hakim: Kristian-Petru Çoçirk Tofiq Bəhramov adına Respublika sadionu






















