Sərnişinlər İsrailə gətirildi, Netanyahu şəxsən qarşıladı - Video
Səudiyyə Ərəbistanının Təbuk hava limanına təcili eniş etməyə məcbur olan təyyarədəki sərnişinləri gətirmək üçün göndərilən təyyarə artıq Təl-Əvivin Ben-Qurion hava limanına eniş edib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb. Bildirilib ki, əvvəlki təyyarədə olan bütün sərnişinlər xilasetmə təyyarəsi ilə Təl-Əvivə gətiriliblər. Baş nazir Benyamin Netanyahu və nəqliyyat naziri Miri Regev sərnişinləri qarşılamaq üçün Ben-Qurion hava limanına gəliblər. Vurğulanıb ki, təyyarədə 174 sərnişin olub, onlardan 166-sı israillidir. Yüngül xəsarət alan 51 sərnişin Ben Qurion hava limanından yoxlanış üçün birbaşa xəstəxanaya aparılıb. Qeyd edək ki, BƏƏ-dən Təl-Əvivə uçan “Flydubai” şirkətinə məxsus təyyarə qaçırılma şübhəsi səbəbindən təcili siqnal verib. Daha sonra təyyarədə pilotlar arasında davanın baş verdiyi üzə çıxıb.





















