Qazaxın azad edilən kəndlərində yeni mərhələ: Söküntü işlərinə başlanılır
İşğaldan azad olunmuş Qazax rayonu Aşağı Əskipara və Bağanıs Ayrım kənd yaşayış məntəqələrində söküntü işlərinə start verilir. Mediaxeberleri.Az-ın məlumatına görə, bununla bağlı müvafiq prosedura start verilib. Layihədə nəzərdə tutulan işlərin həyata keçirilməsinə 258 min 560 manat xərclənməsi planlaşdırılır. Xatırladaq ki, hər iki kənd 2024-cü il mayın 24-də Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən nəzarətə götürülüb.
Oxunub: 77
Xəbəri paylaş
Paylaş:





















