Millətlər Liqasında böyük oyun günü: İngiltərə İspaniyaya qarşı
Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti qarşılaşmaları keçiriləcək. Mediaxeberleri.Az xəbər verir ki, bu oyun günündə 10 matç baş tutacaq. A Liqasının III qrupunda Çexiya Xorvatiya ilə, İngiltərə isə İspaniya ilə qarşılaşacaq. B Liqasının I qrupunda Sloveniya Şotlandiyanı qəbul edəcək, Şimali Makedoniya isə İsveçrə ilə üz-üzə gələcək. C Liqasının I qrupunda San-Marino Finlandiya ilə, Albaniya isə Belarusla qarşılaşacaq. C Liqasının III qrupunda Farer adaları Qazaxıstanı qəbul edəcək, Slovakiya isə Moldova ilə qüvvəsini sınayacaq. C Liqasının IV qrupunda Bolqarıstan Lüksemburqla, İslandiya isə Estoniya ilə qarşılaşacaq. UEFA Millətlər Liqası 26 sentyabr A Liqası, III qrup 22:45. Çexiya - Xorvatiya; 22:45. İngiltərə - İspaniya. B Liqası, I qrup 17:00. Sloveniya - Şotlandiya; 22:45. Şimali Makedoniya - İsveçrə. C Liqası, I qrup 20:00. San-Marino - Finlandiya; 22:45. Albaniya - Belarus. C Liqası, III qrup 20:00. Farer adaları - Qazaxıstan; 22:45. Slovakiya - Moldova. C Liqası, IV qrup 20:00. Bolqarıstan - Lüksemburq; 20:00. İslandiya - Estoniya.





















