Suraxanı Rayon İcra Hakimiyyətinin və “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 20 Sentyabr – Dövlət Suverenliyi Gününə və 18 sentyabr - Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı keçirilib
Suraxanı Rayon İcra Hakimiyyətinin və “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 20 Sentyabr – Dövlət Suverenliyi Gününə və 18 sentyabr - Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı keçirilib.
Suraxanı rayonu Heydər Əliyev parkında baş tutan tədbir dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Sevinc Ağayeva çıxış edərək 20 Sentyabr – Dövlət Suverenliyi Gününün Azərbaycanın müasir tarixində mühüm əhəmiyyət kəsb etdiyini, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam təmin olunmasının xalqımızın tarixi nailiyyəti olduğunu vurğulayıb. O, həmçinin 18 Sentyabr – Milli Musiqi Gününün milli-mənəvi dəyərlərimizin və mədəni irsimizin yaşadılması baxımından xüsusi önəm daşıdığını qeyd edərək, Üzeyir Hacıbəyli irsinin gələcək nəsillərə ötürülməsinin vacibliyini diqqətə çatdırıb.
“Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin Baş katibi Aysel Tahirova qeyd olunan əlamətdar günlər münasibətilə hər kəsi təbrik edib. A.Tahirova çıxışında bildirib ki, dövlətçilik və suverenlik Azərbaycanın gücünü və müstəqilliyini, milli musiqi və mədəniyyət isə xalqın mənəvi dünyasını və tarixi yaddaşını ifadə edir.
Tədbir “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin Mədəniyyət Klubunun təşkil etdiyi konsert proqramı ilə davam edib.