Mediaxeberleri.az
    
  • Nigar Fərhadla bağlı yeni şikayət: "8500 manat verdik, nə pulumuzu qaytardılar, nə də universitetə qəbul ola bildik
    Nigar Fərhadla bağlı yeni şikayət: "8500 manat verdik, nə pulumuzu qaytardılar, nə də universitetə qəbul ola bildik
  • 
  • Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
    Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
  • 
  • Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
    Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
  • 
  • Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
    Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
  • 
  • Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
    Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
  • 
  • TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
    TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
  • 
  • “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
    “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
  • 
  • Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
    Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
  • 
  • Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
    Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
  • 
  • Şükufə Yusupovadan xəbər var
    Şükufə Yusupovadan xəbər var
  • 
  • Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
    Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
  • 
  • Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
    Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
  • 
  • Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
    Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
  • 
  • Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
    Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
  • 
  • Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
    Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
  • 
  • Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
    Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
  • 
  • "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
    "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
  • 
  • Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
    Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
  • 
  • 300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
    300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
  • 
  • “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
    “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
  • 
  • Qızı Yaşar Nurini belə yad etdi - Foto
    Qızı Yaşar Nurini belə yad etdi - Foto

Son xəbərlər :
  • Həqiqi hərbi xidmət və mülki işə qəbul olmaq istəyənlər üçün imtahan keçiriləcək - Tarix açıqlandı
  • Aqrar sahədə yeni maliyyələşmə mexanizmi olacaq
  • Bakıda iş saatları dəyişdirilir - Yalnız bu halda...
  • Bakıda daha bir mühüm konfrans keçirilir
  • Azərbaycanda ət bahalaşacaq? – Yaxın aylarda...
  • Aqrar sahədə yeni maliyyələşmə mexanizmi olacaq
  • Şiddətli yağışlarla bağlı XƏBƏRDARLIQ
  • Bakının bu ərazilərində qaz olmayacaq
  • Bu 7 ərzaq qaraciyəri gücləndirir
  • İcra başçısı bir qrup vətəndaşın müraciətini dinləyib
  • DTX rəisi: "Vətəndaşların müxtəlif yollarla hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması ciddi təhdiddir" - FOTO
  • "XAİN, ANTİMİLLİ, SATQIN STRUKTURLAR..." - Prezidentdən sərt AÇIQLAMA + TAM MƏTN (Yenilənib)
  • Rusiyaya dəstək: Bu ölkə Ukraynaya ordu yeridir
  • Fərid Şahbazlı: "Azərbaycanın TDT ölkələri ilə ikitərəfli münasibətləri də bu strategiyanın mühüm dayağıdır"
  • QAİ-dən Ermənistanın əsassız iddialarına sərt reaksiya
  • Bakıda qəzadan sonra baş verən yanğının - Anbaan videosu
  • 25 min koreyalı Rusiya üçün “Şahid” yığır
  • Prezident və xanımı Şamaxıda açılışda...
  • Azərbaycan da bunu bizim üçün etdi - Paşinyan
  • Rus ordusu daha iki kəndi işğal etdi
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Bakıda daha bir mühüm konfrans keçirilir

  • Tarix: Bu gün, 13:57

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə elan olunan “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Bakıda “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilir.

Mediaxeberleri.Az xəbər verir ki, tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbərləri, alimlər, müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislər, din xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edirlər.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, sonra dini abidələrə dövlət qayğısının təcəssümü olaraq təmir olunan məscidlər barədə videoçarx nümayiş etdirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Ümummilli lider Heydər Əliyevin “Biz Azərbaycanda bütün dini abidələri, ocaqları, müqəddəs yerləri sizinlə birlikdə bərpa edəcəyik. Bizim görə bilmədiyimiz işləri davamçılarımız sona çatdıracaqlar.” fikrinin tarixi və dini irsimizə münasibətin mühüm fəlsəfəsini ifadə etdiyini vurğulayıb. O bildirib ki, dini abidələr yalnız memarlıq nümunələri deyil, xalqın tarixi yolunun, dini dünyagörüşünün, adət-ənənələrinin və milli yaddaşının mühüm daşıyıcılarıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq, bu gün ölkəmizdə mədəni irsin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Tarixi və mədəniyyət abidələrinin mühafizəsinə dair qanunvericiliyin təkmilləşdirilməsi, onların bərpası və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən tədbirlər, qəbul olunmuş qərarlar bu siyasətin ardıcıl, sistemli və məqsədyönlü xarakter daşıdığını göstərir. Dövlət başçısının müvafiq sərəncamlarına əsasən, Pir Həsən ziyarətgahında bərpa işləri başa çatdırılıb, İmam məscidində bərpa işləri yekun mərhələsinə çatıb, Gəncədəki “Cümə” məscidində isə təmir-bərpa işlərinə başlanılıb.

İşğal dövründə məhv edilmiş, təhqir olunmuş və tarixi görkəmi dəyişdirilmiş mədəni irs nümunələrinin bərpasının əhəmiyyətinə də toxunan Ramin Məmmədov qeyd edib ki, bu proses xalqımızın mənəvi yaddaşının yenidən canlandırılmasına xidmət edir. Bu sahədə dövlət siyasətinin həyata keçirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə reallaşdırılan layihələr xüsusi yer tutur.

Dövlət Komitəsinin sədri tarixi-dini abidələrin bərpasından sonra onların qorunması və yaşadılması üçün aidiyyəti dövlət qurumları, mütəxəssislər və dini icmalar arasında əməkdaşlığın vacib olduğunu deyib. Abidələr haqqında məlumatların sistemləşdirilməsi, vahid məlumat bazasının və rəqəmsal xəritənin yaradılması, zəruri hallarda müxtəlif sahələr üzrə mütəxəssislərin prosesə cəlb olunmasının mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Mədəniyyət naziri Adil Kərimli qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə mədəni irsin qorunması istiqamətində sistemli siyasət həyata keçirilir. “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasında mədəni irsin qorunmasına xüsusi yanaşma müəyyənləşdirilib. Konsepsiyada müasir dünya standartlarına uyğun qoruma mexanizmlərinin tətbiqi, bərpa-konservasiya fəaliyyətinin təkmilləşdirilməsi, eləcə də geniş ictimaiyyətin bu prosesə cəlb olunması ilə bağlı sistemli yanaşma öz əksini tapıb. Adil Kərimli 30 illik işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda tarixi-dini abidələrin, o cümlədən məscidlərin ciddi dağıntılara və vandalizmə məruz qaldığını, mədəni mülkiyyətin talan edildiyini diqqətə çatdırıb. Nazir, həmçinin Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkə daxilində, xüsusilə Şuşa və işğaldan azad edilmiş digər ərazilərdə, eləcə də beynəlxalq miqyasda bəşəri irsin qorunması istiqamətində həyata keçirilən layihələri vurğulayıb. Mədəniyyət naziri sürətli urbanizasiya prosesində tarixi binaların və dini abidələrin orijinal görkəminin qorunmasının vacibliyinə də toxunub. O bildirib ki, Mədəniyyət Nazirliyi yanında Ekspert Şurası və aidiyyəti qurumlar tərəfindən elmi-mühəndis yanaşmaları əsasında tarixi irsin müasir infrastruktura inteqrasiyası təmin edilir. Çıxışının sonunda A.Kərimli tarixi-dini irsin qorunmasının cəmiyyətin ümumi məsuliyyəti olduğunu vurğulayaraq aidiyyəti qurumları, alimləri və dini icma nümayəndələrini bu prosesdə fəal iştirak etməyə çağırıb.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa isə çıxışında 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunmasının sahə üzrə müzakirələrin genişlənməsinə stimul yaratdığını bildirib. O, xüsusilə, tarixi-dini abidələrin qorunması ilə bağlı qanunvericilik bazasının gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Fazil Mustafa qeyd edib ki, hər hansı abidəin qorunması yalnız onların fiziki bərpası ilə məhdudlaşmamalı, tarixi yaddaşın yaşadılması və onların müasir, o cümlədən turizm potensialının üzə çıxarılması da nəzərə alınmalıdır. Qərbi Azərbaycanda dağıdılmış abidələrin böyük əksəriyyətinin tarixi-dini irs nümunələri olduğunu bildirib. Vurğulayıb ki, “Azərbaycan dövlətinin tarixi-dini irsə münasibətində dini mənsubiyyət fərqləndirici meyar deyil. Məscidlər, kilsələr və sinaqoqlar xalqımızın tarixi-mədəni irsinin tərkib hissəsi kimi qorunur.

Fazil Mustafa tədbirdə səsləndirilən təklif və fikirlərin aidiyyəti qurumlara çatdırılmasının vacib olduğunu da deyib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova Azərbaycanın memarlıq irsinin mühüm hissəsi olan dini memarlıq abidələrinin qorunmasının milli yaddaşın və memarlıq ənənələrinin yaşadılması baxımından əhəmiyyətli olduğunu bildirib. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinə toxunan Gülçöhrə Məmmədova bərpa prosesində abidələrin ilkin memarlıq xüsusiyyətlərinin qorunmasının vacib şərt olduğunu diqqətə çatdırıb. O, yerli icmalar tərəfindən bu məqsədlə həyata keçirilən layihələrin mütəxəssislərlə razılaşdırılmasının zəruri olduğunu qeyd edib. Rektor Azərbaycanın tarixi-mədəni irsi barədə məlumatların beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyini də vurğulayıb. Tarixi irsin qorunması sahəsində peşəkar kadrların hazırlanması barədə danışan Gülçöhrə Məmmədova Azərbaycan Memarlıq və İnşaat Universitetində beynəlxalq əməkdaşlıq çərçivəsində müvafiq təhsil proqramlarının həyata keçirildiyini deyib.

Qeyd edək ki, tədbir panel sessiyalarla işini davam etdirir. Panellərdə dini-mədəni irs nümunələrinin mühafizəsi və restavrasiyasında müasir yanaşmalar, onların qorunmasında dini icmaların rolu, həmçinin işğaldan azad edilmiş ərazilərdə bərpa olunan dini-memarlıq abidələrinin şəhərsalma mühitində əhəmiyyəti müzakirə olunacaq.


Oxunub: 29
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 14:11 | Həqiqi hərbi xidmət və mülki işə qəbul olmaq istəyənlər üçün imtahan keçiriləcək - Tarix açıqlandı
    Bu gün, 14:04 | Aqrar sahədə yeni maliyyələşmə mexanizmi olacaq
    Bu gün, 13:59 | Bakıda iş saatları dəyişdirilir - Yalnız bu halda...
    Bu gün, 13:57 | Bakıda daha bir mühüm konfrans keçirilir
    Bu gün, 11:40 | Azərbaycanda ət bahalaşacaq? – Yaxın aylarda...
    Bu gün, 11:29 | Aqrar sahədə yeni maliyyələşmə mexanizmi olacaq
    Bu gün, 07:58 | Şiddətli yağışlarla bağlı XƏBƏRDARLIQ
    Bu gün, 07:57 | Bakının bu ərazilərində qaz olmayacaq
    Bu gün, 07:55 | Bu 7 ərzaq qaraciyəri gücləndirir
    Dünən, 20:10 | İcra başçısı bir qrup vətəndaşın müraciətini dinləyib
    Dünən, 20:06 | DTX rəisi: "Vətəndaşların müxtəlif yollarla hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması ciddi təhdiddir" - FOTO
    Dünən, 20:05 | "XAİN, ANTİMİLLİ, SATQIN STRUKTURLAR..." - Prezidentdən sərt AÇIQLAMA + TAM MƏTN (Yenilənib)
    Dünən, 20:01 | Rusiyaya dəstək: Bu ölkə Ukraynaya ordu yeridir
    Dünən, 19:58 | Fərid Şahbazlı: "Azərbaycanın TDT ölkələri ilə ikitərəfli münasibətləri də bu strategiyanın mühüm dayağıdır"
    Dünən, 16:47 | QAİ-dən Ermənistanın əsassız iddialarına sərt reaksiya
    Dünən, 15:38 | Bakıda qəzadan sonra baş verən yanğının - Anbaan videosu
    Dünən, 15:36 | 25 min koreyalı Rusiya üçün “Şahid” yığır
    Dünən, 15:32 | Prezident və xanımı Şamaxıda açılışda...
    Dünən, 15:24 | Azərbaycan da bunu bizim üçün etdi - Paşinyan
    Dünən, 15:09 | Rus ordusu daha iki kəndi işğal etdi
    Dünən, 15:08 | ABŞ-İran münaqişəsi regional nizamı dəyişdi - Arakçı
    Dünən, 14:14 | Azərbaycan Kubokunun finalı ilk dəfə Gəncədə keçiriləcək
    Dünən, 14:13 | Ramiz Mehdiyev məhkəməyə getmək istəmir
    Dünən, 14:11 | MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    Dünən, 13:56 | Rusiyaya dəstək: Bu ölkə Ukraynaya ordu yeridir
    Dünən, 13:54 | Bakıda dayanacaqlarda insan seli... - Video
    Dünən, 13:07 | "Kontakt Home"un ENDİRİM fırıldağı məhkəmədə ifşa olundu - TƏFƏRRÜAT
    Dünən, 13:05 | Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakiminin öldüyü yol qəzası ilə bağlı məhkəmədə qərar verilib
    Dünən, 13:03 | 35,3 min şəxsə əlillik təyin olundu
    Dünən, 08:14 | Lənkəranda baş verən qəzada ölən və xəsarət alanlar var - YENİLƏNİB
    Dünən, 07:57 | Yenə işıq olmayacaq
    Dünən, 07:56 | "Levante" - "Atletik" matçı leysana görə təxirə salındı
    Dünən, 07:54 | Yuxu hormonu çatışmayanlar xərçəng ola bilər
    16-09-2026, 22:53 | Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
    16-09-2026, 22:04 | Meşədə bitən “qırmızı xəzinə” - Payızın ən faydalı meyvələrindən biri
    16-09-2026, 22:02 | Sabah yola çıxanların NƏZƏRİNƏ
    16-09-2026, 22:00 | Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini artıracaq
    16-09-2026, 21:32 | KƏND MƏKTƏBLƏRİNDƏ KƏSKİN AZALMA, BAKI MƏKTƏBLƏRİ İSƏ... - Demoqrafik disbalans təhsil sisteminə necə təsir edir?
    16-09-2026, 21:26 | Ermənistan rəhbərliyi anlamalıdır ki, siyasi oyunlar artıq keçərli olmayacaq - Sahil Kərimli
    16-09-2026, 21:24 | Azərbaycanda minlərlə abonentə təsir edəcək dəyişiklik - internet tarifləri artırılır
    16-09-2026, 21:04 | Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
    16-09-2026, 20:38 | Qazaxda aqroparka və iri fermer təsərrüfatlarına baxış keçirilib
    16-09-2026, 20:35 | BAKINI BOŞALTMAĞIN YOLU BUNDAN KEÇİR... - "Bunu 25-30 ilə reallaşdırmaq mümkündür"
    16-09-2026, 20:32 | Suraxanı sakinlərinin şikayəti: Asfaltsız yollar və zibillənmiş futbol meydançası - VİDEO
    16-09-2026, 20:28 | Hakim "Turan Tovuz"a qarşı səhv qərar verib! - AFFA rəsmisi açıqladı + Video
    16-09-2026, 20:19 | Azərbaycanda birinci kurs tələbələrini təhdid edən şəxs universitetdən qovuldu - RƏSMİ - VİDEO
    16-09-2026, 18:04 | Cəlilabadda polis əməliyyat keçirdi: Saxlanılan var - FOTO
    16-09-2026, 18:03 | Təhlükəli arıqlama məhsulları aşkarlandı
    16-09-2026, 18:01 | Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO
    16-09-2026, 17:57 | Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.