Sovetskidə söküntü ərazisindən meyit tapıldı
Bakıda söküntü ərazisindən meyit tapılıb. Mediaxeberleri.Az Bakupost.az-a istinadən xəbər verir ki, hadisə sentyabrın 13-ü saat 17 radələrində Ş.Rəhimov küçəsi 43-də baş verib. Sovetskidə sökülən binanın qalıqları arasından üzərində zorakılıq əlamətləri görünməyən bir kişinin meyiti aşkar edilib. Meyiti aşkar edilən şəxsin 1968-ci il təvəllüdlü Eyvaz Yusif oğlu Ağayev olduğu polis əməkdaşları tərəfindən müəyyən edilib. Həmin şəxsin evsiz olduğu və tüfeyli həyat tərzi sürdüyü bildirilib. Araşdırma aparılır.
Oxunub: 24
Xəbəri paylaş
Paylaş:





















