Leyla və Arzu Əliyevalar konsertdə iştirak etdilər
"Cənnətin ariyası" adlı layihə çərçivəsində 2 saylı uşaq evinin və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin sakinlərinin birgə iştirakı ilə konsert proqramı təqdim olunub. Mediaxeberleri.Az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva konsertdə iştirak ediblər. Onlar uşaq evinin və sosial xidmət müəssisələrinin sakinləri ilə səmimi söhbət edib, xatirə şəkilləri çəkdiriblər. Qeyd edək ki, "Cənnətin ariyası" layihəsi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilir.
Oxunub: 26
Xəbəri paylaş
Paylaş:





















