Azərbaycanlı bacı-qardaş Rusiyada faciəvi şəkildə öldü
Azərbaycanlı bacı-qardaş Rusiyada yol qəzasında ölüblər. Mediaxeberleri.Az APA-ya istinadla xəbər verir ki, hadisə Vlodimir şəhərində baş verib. Belə ki, əslən Ucar rayonunun Şilyan kəndindən olan, 1959-cu il təvəllüdlü Füzuli Baxış oğlu Baxışov və bacısı, 1975-ci il təvəllüdlü Zərnişan Baxış qızı Baxışova yolda yaranmış tıxac zamanı 2 yük maşınının arasında qalaraq ölüblər. Onların nəşi bu gün Azərbaycana gətirilərək dəfn edilib.
Oxunub: 26
Xəbəri paylaş
Paylaş:





















