Yağış nə vaxt kəsəcək? - Açıqlama
Hazırda ölkə ərazisində, Bakı-Abşeron yarımadasında, eyni zamanda bölgələrdə yağışlı hava şəraiti müşahidə olunur. Mediaxeberleri.Az xəbər verir ki, bunu Ölkə.az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. Onun sözlərinə görə, bəzi yerlərdə yağıntılar leysan xarakterli, intensivdir: “Belə hava şəraitinin bugün, sentyabrın 8-i Bakı və Abşeron yarımadasında davam edəcəyi, axşama doğru tədricən kəsəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 21-25 dərəcə isti olacağı gözlənilir”. G.Məmmədova bildirib ki, eyni zamanda bölgələrdə də yağışlı hava şəraiti müşahidə olunur. “Belə yağışlı hava şəraiti 8-i axşama doğru tədricən kəsəcək. 9-da əksər rayonlarda yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu Aran rayonlarında 25-28, dağlıq ərazidə 15-18 dərəcə isti olacaq”, - o vurğulayıb.





















