"Azneft"dən açıqlama: Təhlükəsizlik tədbirləri gücləndirildi!
Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, qeyri-sabit, küləkli keçməsi ilə bağlı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib. İstehsalat Birliyindən Mediaxeberleri.Az-a verilən məlumata görə, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər həyata keçirilib. “Bütün sahələrdə maarifləndirmə aparılır, mövcud vəziyyət nəzarətdə saxlanılır”, - deyə qurumun yaydığı məlumatda bildirilir.
Oxunub: 27
Xəbəri paylaş
Paylaş:





















