Mediaxeberleri.az
    
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "XAİN, ANTİMİLLİ, SATQIN STRUKTURLAR..." - Prezidentdən sərt AÇIQLAMA + TAM MƏTN (Yenilənib)
    "XAİN, ANTİMİLLİ, SATQIN STRUKTURLAR..." - Prezidentdən sərt AÇIQLAMA + TAM MƏTN (Yenilənib)
  • 
  • "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
    "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
  • 
  • Qələbədən tam suverenliyə: 19–20 sentyabr əməliyyatının tarixi nəticələri – TƏHLİL
    Qələbədən tam suverenliyə: 19–20 sentyabr əməliyyatının tarixi nəticələri – TƏHLİL
  • 
  • Həkim: “Bu tip insanlara görə icbari sığorta çökür”
    Həkim: “Bu tip insanlara görə icbari sığorta çökür”

Son xəbərlər :
  • "Hərbçilərin maaş artımına 550 milyon manat ayrılacaq"
  • İstanbulda leysan: ölənlərin sayı artdı
  • “20 Yanvar” və “Şamaxinka”da bu marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
  • Goranboyda 74 yaşlı kişi güllələnərək öldürüldü
  • Hüsniyə hakim qarşısına çıxdı - 20 gün həbs...- VİDEO
  • Sükan arxasında yatdı, ağır qəza törətdi: ölən var
  • Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi təsdiqlənib - Siyahı
  • İsrail prezidentinin Bakı səfərini manipulyasiya edənlərə cavab: Bilet alıb, adi reyslə uçub
  • Mətbuat Şurasına yeni sədr seçildi
  • Ağstafada cinayət törətməkdə təqsirləndirilən şəxs Rusiyada tutuldu
  • İki rayonda işıq olmayacaq
  • Əhvalınız pisdirsə, canınız ağrıyırsa... - Məsləhət
  • Paşinyanın 2031-ci il hədəfi nəyə hesablanıb? - 5 illik plan
  • Konfrans Liqası: "Trabzonspor" qalib gəldi, "Ayaks" uduzdu
  • Sakinlər ət məhsulları emalı müəssisəsinin fəaliyyətindən şikayətçidirlər - VİDEO
  • Bakı-Şamaxı yolunda avtomobil aşdı: yaralılar var
  • 65 yaşadək şəxslərə şans: 1350 manat veriləcək
  • İcra başçısı Azadlıq 54 ünvanında və şəhərdə vətəndaşların müraciətini dinləyib
  • Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrə dair Ağstafada müşavirə keçirilib
  • Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Prezidentin Qırğızıstan səfərinin xüsusi önəmi: Azərbaycanın Mərkəzi Asiyada artan strateji çəkisi

  • Tarix: 31-08-2026, 19:33

"Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində son dövrdə baş verən dəyişikliklər artıq ayrı-ayrı ikitərəfli əlaqələrdən daha geniş siyasi və geoiqtisadi mənzərə formalaşdırır. Xüsusilə Azərbaycanın region dövlətləri ilə siyasi dialoqunun intensivləşməsi, Xəzərin iki sahili arasında nəqliyyat və enerji bağlantılarının genişlənməsi, Orta Dəhlizin əhəmiyyətinin artması, Bakının Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələndirici rolunun güclənməsi yeni regional reallıqlar yaradır. Sözügedən proses Azərbaycanın Avrasiyanın dəyişən geosiyasi xəritəsində mövqeyinin də getdikcə möhkəmləndiyini göstərir. Bu baxımdan Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirak etmək məqsədilə Qırğız Respublikasına işgüzar səfəri xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, ölkə başçımızın səfəri Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə artan siyasi və iqtisadi əlaqələrinin, eləcə də regionlararası əməkdaşlığın inkişafına verdiyi önəmin növbəti nümayişidir".

Bu sözləri Oxu.Az-a açıqlamasında deputat Səbinə Salmanova deyib.

Prezidentin Qırğızıstan səfərinin xüsusi önəmi: Azərbaycanın Mərkəzi Asiyada artan strateji çəkisi

Onun sözlərinə görə, Azərbaycan-Qırğızıstan münasibətləri son illərdə xüsusi dinamika qazanıb:

"Dövlət başçıları arasında qarşılıqlı etimad və siyasi dialoqun intensivləşməsi əlaqələrin məzmununu əhəmiyyətli dərəcədə genişləndirib. İki ölkə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldilməsi isə bu prosesin məntiqi nəticəsi olmaqla, Azərbaycan-Qırğızıstan əlaqələrinə yeni strateji məzmun gətirib. Əslində, Bakı-Bişkek münasibətlərinin inkişafını yalnız iki ölkə arasındakı əlaqələr kontekstində qiymətləndirmək doğru olmazdı. Azərbaycan və Qırğızıstanın Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal əməkdaşlığı, ortaq tarixi-mədəni bağları və Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında formalaşan yeni nəqliyyat və iqtisadi bağlantılar bu münasibətlərə daha geniş regional məna qazandırır. Prezident İlham Əliyevin uzaqgörən və ardıcıl xarici siyasət kursu nəticəsində Azərbaycan son illərdə Mərkəzi Asiya dövlətləri ilə münasibətlərini strateji tərəfdaşlıq müstəvisinə yüksəldib. Ölkə başçımızın region dövlətlərinin liderləri ilə qarşılıqlı etimada əsaslanan müntəzəm təmasları Azərbaycanın həm ikitərəfli, həm də çoxtərəfli formatlarda mövqelərinin möhkəmlənməsinə xidmət edir. Bu gün Azərbaycan Mərkəzi Asiya ölkələri üçün yalnız etibarlı siyasi tərəfdaş deyil, eyni zamanda nəqliyyat, enerji, investisiya və ticarət sahələrində mühüm əməkdaşlıq tərəfdaşıdır. Bu isə ölkəmizin beynəlxalq nüfuzunun və regional çəkisinin artmasının göstəricisidir".

Deputat bildirib ki, Azərbaycanın Mərkəzi Asiya siyasətində əsas istiqamətlərdən biri nəqliyyat-logistika imkanlarının genişləndirilməsidir:

"Orta Dəhlizin inkişafı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Çin və Mərkəzi Asiyadan Avropaya uzanan bu marşrutun Azərbaycan ərazisindən keçməsi ölkəmizin tranzit əhəmiyyətini artırmaqla yanaşı, Mərkəzi Asiya dövlətlərinin dünya bazarlarına çıxış imkanlarını da genişləndirir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Limanı və digər müasir nəqliyyat infrastrukturu Azərbaycanın bu prosesdəki rolunu daha da gücləndirir. Eyni zamanda, Xəzər üzərindən daşımaların artırılması və logistika imkanlarının genişləndirilməsi Şərqlə Qərb arasında daha çevik, təhlükəsiz və dayanıqlı nəqliyyat bağlantısının yaradılmasına xidmət edir. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi layihələr ölkəmizin yalnız tranzit ölkə deyil, regional nəqliyyat-logistika proseslərinin fəal təşkilatçılarından biri olduğunu göstərir. Prezident İlham Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə reallaşdırılan böyük infrastruktur layihələri Azərbaycanın coğrafi üstünlüklərini real iqtisadi və geosiyasi imkanlara çevirib. Bu mənada Azərbaycan artıq sadəcə Mərkəzi Asiyaya çıxışı olan ölkə deyil. Ölkəmiz getdikcə Mərkəzi Asiyanı Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən əsas strateji haba çevrilir. Bu, Azərbaycanın coğrafi mövqeyinin yaratdığı üstünlüklərlə yanaşı, son illərdə həyata keçirilən məqsədyönlü infrastruktur və xarici siyasət kursunun nəticəsidir. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə regional və qlobal əhəmiyyət daşıyan layihələrin təşəbbüskarı və etibarlı tərəfdaşı kimi çıxış edir. Ölkəmizin beynəlxalq nəqliyyat və enerji layihələrində oynadığı rol, müxtəlif tərəfdaşlarla qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq qurması Azərbaycanın artan nüfuzunun mühüm göstəricilərindəndir. Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi xüsusilə mürəkkəb geosiyasi şəraitdə daha böyük əhəmiyyət kəsb edir. Çünki ölkəmiz əməkdaşlıq münasibətlərində qarşılıqlı hörmət, suverenliyə və ərazi bütövlüyünə hörmət, bərabərhüquqluluq və qarşılıqlı fayda prinsiplərini əsas götürür".

"Azərbaycanın enerji təhlükəsizliyi sahəsində formalaşdırdığı təcrübə və infrastrukturu, Mərkəzi Asiya dövlətlərinin enerji potensialı ilə birləşdikdə yeni regional imkanlar yaradır. Ənənəvi enerji resursları ilə yanaşı, bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi də qarşıdakı dövrdə Azərbaycan-Mərkəzi Asiya münasibətlərinin mühüm istiqamətlərindən birinə çevrilir. Azərbaycanın enerji diplomatiyası artıq yalnız ölkəmizin enerji resurslarının dünya bazarlarına çıxarılmasına xidmət etmir. Bu siyasət eyni zamanda Avropanın enerji təhlükəsizliyinə, region ölkələrinin enerji potensialının beynəlxalq bazarlara inteqrasiyasına və yeni enerji bağlantılarının yaradılmasına mühüm töhfə verir. Azərbaycanın bərpaolunan enerji sahəsində həyata keçirdiyi layihələr və yaşıl enerji potensialının inkişaf etdirilməsi Mərkəzi Asiya ölkələri ilə yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasına imkan verir. Beləliklə, qarşıdakı mərhələdə Orta Dəhliz, enerji və investisiya layihələri yalnız ayrı-ayrı ölkələr arasında iqtisadi əlaqələrin inkişafına deyil, bütövlükdə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında vahid geoiqtisadi məkanın formalaşmasına təkan verəcək. Bu prosesdə Prezident İlham Əliyevin Qırğızıstana səfəri də xüsusi siyasi əhəmiyyət daşıyır. ŞƏT kimi geniş beynəlxalq platformada Azərbaycanın təmsil olunması ölkəmizin Mərkəzi Asiya ilə əlaqələrinin ikitərəfli münasibətlərdən daha geniş çoxtərəfli əməkdaşlıq müstəvisinə keçdiyini göstərir. Azərbaycan bununla həm regionun siyasi və iqtisadi gündəliyinə töhfə verir, həm də özünü Şərq ilə Qərb arasında etibarlı tərəfdaş və bağlantı mərkəzi kimi daha da möhkəmləndirir. Prezident İlham Əliyevin fəal diplomatik fəaliyyəti nəticəsində Azərbaycan bu gün müxtəlif regional və beynəlxalq platformalarda öz sözünü deyən, təşəbbüsləri dəstəklənən və mövqeyi nəzərə alınan dövlət kimi çıxış edir. Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin sürətlə inkişaf etməsi də Azərbaycanın xarici siyasətinin uğurlu nəticələrindən biridir. Bu əlaqələr qarşılıqlı etimadın möhkəmlənməsi ilə yanaşı, ölkəmizin beynəlxalq nüfuzunun artmasına və yeni əməkdaşlıq imkanlarının yaranmasına xidmət edir" - deputat vurğulayıb.

Parlamentari əlavə edib ki, bu gün Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində söhbət artıq yalnız diplomatik təmasların intensivliyindən getmir:

"Qarşıda nəqliyyat, enerji, investisiya, ticarət, rəqəmsal bağlantılar və humanitar əməkdaşlıq istiqamətlərində daha geniş imkanlar açılır. Bu imkanların reallaşdırılması isə Azərbaycanı Avrasiyanın yeni iqtisadi arxitekturasında daha mühüm mövqeyə çıxara bilər. Cənab Prezident İlham Əliyevin Mərkəzi Asiyaya yönəlmiş fəal və ardıcıl siyasəti məhz belə uzunmüddətli strateji baxışın ifadəsidir. Azərbaycan bu gün regionlar arasında körpü olmaqla kifayətlənmir, həmin körpünün üzərində yeni əməkdaşlıq və inkişaf platformalarının qurulmasında fəal iştirak edir. Əminliklə demək olar ki, Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində əldə olunan nəticələr ölkəmizin artan siyasi və iqtisadi imkanlarının növbəti göstəricisidir. Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət strategiyası Azərbaycanın regional proseslərdə rolunu daha da gücləndirir, ölkəmizi etibarlı, məsuliyyətli və proqnozlaşdırılan tərəfdaş kimi önə çıxarır. Bu siyasətin əsas xüsusiyyətlərindən biri Azərbaycanın milli maraqlarını qorumaqla yanaşı, regional sabitliyə, qarşılıqlı faydalı əməkdaşlığa və davamlı inkişafa töhfə verməsidir. Məhz buna görə də Prezident İlham Əliyevin Qırğızıstana işgüzar səfərini yalnız növbəti diplomatik təmas kimi deyil, Azərbaycanın Mərkəzi Asiya istiqamətində ardıcıl və uzunmüddətli siyasətinin mühüm tərkib hissəsi kimi qiymətləndirmək lazımdır. Bu səfər Azərbaycanın artan beynəlxalq nüfuzunu, Mərkəzi Asiya dövlətləri ilə möhkəmlənən strateji tərəfdaşlığını və ölkəmizin Avrasiyanın yeni geosiyasi və geoiqtisadi reallıqlarında getdikcə daha mühüm rol oynadığını bir daha nümayiş etdirir".


Oxunub: 328
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 14:25 | "Hərbçilərin maaş artımına 550 milyon manat ayrılacaq"
    Bu gün, 14:24 | İstanbulda leysan: ölənlərin sayı artdı
    Bu gün, 14:06 | “20 Yanvar” və “Şamaxinka”da bu marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
    Bu gün, 14:05 | Goranboyda 74 yaşlı kişi güllələnərək öldürüldü
    Bu gün, 14:03 | Hüsniyə hakim qarşısına çıxdı - 20 gün həbs...- VİDEO
    Bu gün, 13:13 | Sükan arxasında yatdı, ağır qəza törətdi: ölən var
    Bu gün, 12:20 | Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi təsdiqlənib - Siyahı
    Bu gün, 12:14 | İsrail prezidentinin Bakı səfərini manipulyasiya edənlərə cavab: Bilet alıb, adi reyslə uçub
    Bu gün, 12:06 | Mətbuat Şurasına yeni sədr seçildi
    Bu gün, 11:34 | Ağstafada cinayət törətməkdə təqsirləndirilən şəxs Rusiyada tutuldu
    Bu gün, 07:54 | İki rayonda işıq olmayacaq
    Bu gün, 07:26 | Əhvalınız pisdirsə, canınız ağrıyırsa... - Məsləhət
    Bu gün, 07:24 | Paşinyanın 2031-ci il hədəfi nəyə hesablanıb? - 5 illik plan
    Bu gün, 07:06 | Konfrans Liqası: "Trabzonspor" qalib gəldi, "Ayaks" uduzdu
    Dünən, 22:41 | Sakinlər ət məhsulları emalı müəssisəsinin fəaliyyətindən şikayətçidirlər - VİDEO
    Dünən, 22:38 | Bakı-Şamaxı yolunda avtomobil aşdı: yaralılar var
    Dünən, 22:10 | 65 yaşadək şəxslərə şans: 1350 manat veriləcək
    Dünən, 22:04 | İcra başçısı Azadlıq 54 ünvanında və şəhərdə vətəndaşların müraciətini dinləyib
    Dünən, 21:58 | Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrə dair Ağstafada müşavirə keçirilib
    Dünən, 21:40 | Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi
    Dünən, 21:38 | Suriyada qaz kəmərinə zərbə endirildi
    Dünən, 21:04 | Azərenerji və Azərişıqdan sabotaj: Mingəçevir layihəsi necə batırıldı - prezidentin iştirakı gecikir
    Dünən, 20:53 | Qazaxda icra başçısı dam örtüyü yenilənən evlərə baxış keçirib
    Dünən, 20:08 | Baş nazirdən yeni qərar...
    Dünən, 20:03 | Onun edamı canlı yayımlanmayacaq - Tramp
    Dünən, 20:00 | Husilər prezident sarayına zərbə endirdilər
    Dünən, 19:58 | Rusiyadan Navai ilə bağlı Qazaxıstana nota...
    Dünən, 19:03 | Qızının makiyajına görə direktorla mübahisə edən ata həbs olundu
    Dünən, 19:02 | COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
    Dünən, 19:00 | Cəbrayılda GES tikintisinə icazə alınması müddəti uzadılıb
    Dünən, 18:58 | "Azərişıq" və "Azərenerji" arasında ödəniş qaydaları dəyişdirildi
    Dünən, 18:56 | Xətai rayonunda mühüm müşavirə keçirildi - Foto
    Dünən, 16:18 | Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
    Dünən, 16:02 | Saleh Səmədova hökm oxundu
    Dünən, 16:01 | Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...
    Dünən, 15:55 | 10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir - Foto
    Dünən, 14:38 | Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Prezident İlham Əliyev tədbirdə çıxış edib - FOTO - YENİLƏNİB
    Dünən, 14:25 | Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq
    Dünən, 13:30 | Məktəb mühafizəçisinə hücum edənlər həbs olundu
    Dünən, 13:29 | İncəsənət Gimnaziyasının binası təmirdən sonra istifadəyə verilib - FOTO
    Dünən, 13:28 | Dünyada saat dəyişir: “Artıq saniyə” tarixə qovuşur
    Dünən, 12:45 | Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto
    Dünən, 12:43 | Azərbaycanın AQEM-də sədrliyi daha 2 il uzadıldı
    Dünən, 10:37 | Media və Yayım Şurası: "İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib" - Foto
    Dünən, 09:15 | Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO
    Dünən, 07:11 | Nazirlikdə hicabın qadağan olunması xəbərinə reaksiya
    Dünən, 07:10 | Rusiyadan kütləvi dron hücumu: ölənlər var
    Dünən, 07:09 | Tünd kişmiş adamı cavanlaşdırır
    14-10-2026, 16:17 | QƏBİR DAŞLARI ÜÇÜN VAHİD STANDART... - Məzarüstü abidələr necə olacaq?
    14-10-2026, 14:09 | Rəsmi Bakıdan Parisin əsassız iddialarına cavab
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.