Mediaxeberleri.az
    
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
    Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?

Son xəbərlər :
  • Sosial şəbəkələrdə təhqir edilənlər hüquqlarını necə qoruya bilərlər?
  • “Megastore” marketdə “Sirab” suyunun qiymətini fərqli satdılar – 4 min manat cərimə qüvvədə qaldı
  • TƏBİB sədri onu işdən çıxardı - Foto
  • Fatmayıda evdə partlayış: ər və arvad... - Video
  • Bakı bu ölkəyə neft ixracını 3 dəfə artırdı
  • İlham Əliyev və xanımı Zəngilanda açılışda iştirak etdilər
  • Kameraları qırıb 10 minlik oğurluq etdi, həbs olundu
  • İcbari tibbi sığorta fondunun gələn ilki xərcləri... - Nazir
  • Ermənistan balığı Rusiya bazarından tamamilə çıxarılır
  • 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı
  • Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizmi necə olacaq?
  • AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
  • Kənd təsərrüfatında uçot qaydaları dəyişdi: Təkrar əkinlər də ayrıca hesablanacaq
  • Misli Premyer Liqası: "Qarabağ" və "Neftçi" meydana çıxırlar
  • Noyabrın ilk maqnit qasırğası yaxınlaşır - XƏBƏRDARLIQ
  • Toyda ölən iş adamı icra başçısının qohumu imiş - TƏFƏRRÜAT
  • Avropa Liqası: "Beşiktaş" "Seltik"ə uduzdu
  • Bakı-Ankara münasibətləri Astananı da narahat edir
  • Konfrans Liqası: III turun oyunları keçirildi
  • İcra Başçısı şəhid ailələrinin arzusunu yerinə yetirdi
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

İŞ AXTARAN ÇOX, VAKANSİYA DA... - Maaşların yüksəlməsinə nə mane olur? + RƏY

  • Tarix: 30-08-2026, 21:00

Əmək bazarında vakansiyaların sayı artsa da, təklif olunan maaşlarla insanların gözləntiləri arasında ciddi fərq qalır. Xüsusilə ixtisaslı işçilər daha yüksək gəlir tələb etdiyi halda, işəgötürənlər xərclərin artmasından şikayətlənirlər. Azərbaycanda maaşların yüksəlməsinə nə mane olur? İşçi çatışmazlığı maaşları məcburi şəkildə artıracaqmı?

Bu barədə “AzPolitika”ya açıqlama verən iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, əmək bazarında iş elanlarının sayının çox olmasına baxmayaraq, təklif olunan əməkhaqqı bir sıra hallarda vətəndaşların mövcud xərclərini qarşılamaq üçün kifayət etmir.

Onun sözlərinə görə, insanların mövcud iş yerlərinə maraq göstərməməsinin əsas səbəblərindən biri əməkhaqqı ilə gündəlik xərclər arasındakı uyğunsuzluqdur. Hazırkı həyat şəraiti və artan xərclər vətəndaşları təklif olunan maaşla ailə büdcəsini təmin etməyin mümkün olub-olmaması barədə düşünməyə vadar edir.

“Reallıq ondan ibarətdir ki, maaş təklif edilərkən real istehlak bazarının tələbləri nəzərə alınmır. İşəgötürənin də öz xərcləri var və o, bu ümumi iqtisadi dövriyyənin bir hissəsidir. Beləliklə, qapalı dairə yaranır: işəgötürən daha yüksək maaş təklif edə bilmir, vətəndaş isə həmin maaşla işləməyin ona sərf etmədiyini düşünür. Nəticədə iş yerləri mövcud olsa da, onların bir qismi əmək bazarında real tələbat yaratmır. Əmək bazarındakı problemin səbəblərindən biri də biznes subyektlərinin üzləşdiyi əlavə xərclər və müxtəlif müdaxilələrdir”, - deyə, o bildirir.

İqtisadçının fikrincə, sahibkarlıq mühitində yaranan problemlər nəticə etibarilə həm iş yerlərinin açılmasına, həm də həmin yerlərdə daha yüksək əməkhaqqının təklif edilməsinə mane olur: “Bu gün Azərbaycan biznesinin üzləşdiyi problemlərdən biri də səhnəarxası proseslərdir. Ölkə rəhbərliyi tərəfindən bu məsələlərlə bağlı dəfələrlə xəbərdarlıqlar səsləndirilib, yüksək vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması halları da baş verib. Lakin buna baxmayaraq, sistemdə problemlər tam aradan qalxmayıb. Bəzi sahibkarlar üzləşdikləri çətinliklərlə bağlı müraciət etməkdən çəkinirlər. Bunun nəticəsində vətəndaşa təklif olunan əməkhaqqı onun real ehtiyaclarına uyğun gəlmir”.

Təhsil və səhiyyə xərcləri də əməkhaqqına təsir edir

F.İbrahimov qeyd edib ki, vətəndaşların iş seçimində yalnız əməkhaqqı deyil, gündəlik həyatla bağlı digər xərclər də mühüm rol oynayır. Buraya təhsil, səhiyyə və nəqliyyat xərcləri daxildir: “Formal olaraq təhsil pulsuz olsa da, valideynlərin məktəbdənkənar əlavə dərslərə müraciət etməsi bu sahədə real xərcləri artırır. Əvvəllər şagirdlər əsasən son siniflərdə əlavə müəllim yanına gedirdilər. Hazırda isə birinci sinifdən etibarən bir çox ailə övladını repetitor yanına göndərir. Bu isə valideyn üçün əlavə xərcdir. Özəl məktəb alternativi də hər ailə üçün əlçatan deyil. Beləliklə, pulsuz hesab olunan təhsil müəyyən mənada dolayı xərclər yaradır”.



Səhiyyə sahəsində də oxşar vəziyyətin yarandığını deyən iqtisadçı icbari tibbi sığortanın mövcudluğuna baxmayaraq, bəzi tibbi xidmətlərdən istifadə zamanı vətəndaşların vaxt və əlavə maliyyə itkisi ilə üzləşdiyini bildirib.

“Vətəndaş hansısa müayinədən keçmək üçün uzun müddət növbə gözləyirsə, son nəticədə vaxt itkisi ilə üzləşir. Sağlamlıq problemi təxirəsalınmaz olduqda isə insanlar növbəni gözləməmək üçün özəl tibb müəssisələrinə müraciət edirlər. Bu da ailə büdcəsi üçün əlavə xərc deməkdir”, – deyə İbrahimov qeyd edib.

Nəqliyyat xərcləri əməkhaqqının real dəyərini azaldır

Əmək bazarına təsir edən digər amil kimi nəqliyyat xərclərini göstərən iqtisadçı hesab edir ki, işə gedib-gəlmək üçün bir neçə nəqliyyat vasitəsindən istifadə edən şəxslərin real gəliri əhəmiyyətli dərəcədə azalır.

“Vətəndaş evindən iş yerinə çatmaq üçün iki-üç marşrut dəyişməli olduqda, yol xərcləri də artır. Əgər vətəndaş bir istiqamətdə üç nəqliyyat vasitəsindən istifadə edirsə, gediş-gəliş xərci gün ərzində əhəmiyyətli məbləğ təşkil edir. Burada yalnız pul itkisini deyil, vaxt itkisini də nəzərə almaq lazımdır. İnsan üçün vaxt da iqtisadi resursdur. Saatlıq və ya müəyyən müddət ərzində bütün nəqliyyat növlərindən istifadə imkanı verən vahid ödəniş sisteminin tətbiqi bu baxımdan müsbət nəticə verə bilər”, – deyə o bildirib.

İbrahimov hesab edir ki, bütün bu xərclər əməkhaqqının vətəndaş üçün real dəyərini müəyyənləşdirən əsas amillərdəndir. Onun fikrincə, 500-600 manat əməkhaqqı alan şəxs işə gedib-gəlmək, qidalanma və digər gündəlik ehtiyaclara görə həmin məbləğə əlavə vəsait xərcləməli olursa, belə iş yerinin onun üçün cəlbediciliyi azalır.

Diplom yox, peşə bacarığı ön plana çıxmalıdır

İqtisadçı əmək bazarındakı problemlərdən danışarkən təhsil və peşə hazırlığı məsələsinə də toxunub. Onun fikrincə, cəmiyyətdə ali təhsilə həddindən artıq üstünlük verilməsi bəzi hallarda real əmək bazarının tələbləri ilə ziddiyyət təşkil edir:

“Diplom məsələsini özümüz üçün böyük problemə çevirmişik. Halbuki əmək bazarında peşəkar mütəxəssislərə ciddi ehtiyac var. İnsan yaxşı zərgər, aşpaz, dərzi, aqronom və ya laboratoriya mütəxəssisi ola bilər. Əsas məsələ konkret sahədə peşəkar bacarığa yiyələnməkdir.

Müəyyən ixtisaslar üzrə peşəkar kadrlara yüksək əməkhaqqı təklif olunur. Xüsusilə məhsuldarlığa və istehsal prosesinə birbaşa təsir göstərən mütəxəssislərin əmək bazarında dəyəri yüksəkdir. İşəgötürən üçün əsas məsələ diplomun mövcudluğu deyil, işçinin konkret sahədə nə qədər peşəkar olmasıdır. Məsələn, yaxşı mühasib şirkətin maliyyə və vergi məsələlərində problemlərlə üzləşməsinin qarşısını ala bilir. Buna görə də peşəkar kadr axtaran işəgötürən onu tapdıqda daha yüksək maaş verməyə hazır olur”, – deyə iqtisadçı bildirib.

Ali təhsil alanların bir qismi niyə ölkədə qalmır?

F.İbrahimov hesab edir ki, peşəkar kadrların xaricə üz tutması da əmək bazarının əsas problemlərindən biridir: “Xaricdə təhsil alan və ya peşə bacarıqlarına yiyələnən insanların bir hissəsinin Azərbaycana qayıtmaması ölkə daxilində mütəxəssis çatışmazlığını daha da dərinləşdirir. Xaricdə təhsil alanların əksəriyyətinin ölkəyə qayıtmadığını görürük. Xüsusilə öz peşəsi üzrə işləmək, inkişaf etmək və daha yaxşı imkanlar əldə etmək istəyən şəxslərin bir qismi xaricdə qalmağa üstünlük verir. Bu prosesin nəticəsində xaricdə yaşayan vətəndaşlarımız arasında xarici vətəndaşlarla nikahların sayının da artdığını müşahidə etmək mümkündür”.

Biznes mühiti dəyişməsə, yeni iş yerləri yaratmaq çətin olacaq

İqtisadçı hesab edir ki, əmək bazarındakı problemlərin həlli yalnız maaşların artırılması ilə məhdudlaşmamalıdır. Bunun üçün ilk növbədə sahibkarlıq və rəqabət mühiti sağlamlaşdırılmalı, biznesin fəaliyyətinə mane olan müdaxilələr aradan qaldırılmalıdır: “İş yerlərinin açılmasına mane olan əsas amillərdən biri rəqabət mühitinin tam formalaşmamasıdır. Biznesə müxtəlif müdaxilələr olduqda sahibkar fəaliyyətini genişləndirə və yeni iş yerləri yarada bilmir. Buna görə də əmək bazarındakı vəziyyəti yaxşılaşdırmaq üçün biznes mühitinin sağlamlaşdırılması əsas şərtlərdən biridir.

Bəzi Qərb ölkələrində biznes subyektlərinin fəaliyyətinin dayanmasına görə yerli idarəetmə və nəzarət qurumlarının məsuliyyət daşıdığı mexanizmlərin mövcud olduğunu qeyd edib”.

İqtisadçının təklifinə görə, müəyyən ərazidə müəssisələrin kütləvi şəkildə fəaliyyətini dayandırması hallarında bunun səbəbləri araşdırılmalı və obyektiv səbəb olmadığı təqdirdə məsul dövlət qurumlarından izahat tələb edilməlidir: “Əgər müəyyən ərazidə bir neçə müəssisə ardıcıl şəkildə fəaliyyətini dayandırırsa, bunun səbəbləri araşdırılmalıdır. Sahibkarın öz qərarı ilə fəaliyyətini dayandırması, biznesini düzgün qiymətləndirməməsi və ya müflisləşməsi mümkündür. Lakin dövlət qurumlarının müdaxiləsi və ya biznes mühitindəki problemlər səbəbindən müəssisələr bağlanırsa, buna görə məsuliyyət mexanizmi olmalıdır”.

“İşləməyən biznes mühiti sağlam əmək bazarı yarada bilməz”

Ekspert əlavə edib ki, yerli idarəetmə orqanlarının fəaliyyətinin qiymətləndirilməsində həmin ərazidə yaradılan və bağlanan müəssisələrin dinamikası da nəzərə alına bilər: “Belə mexanizmin tətbiqi dövlət qurumlarını sahibkarların problemlərinə daha həssas yanaşmağa sövq edə bilər. Əgər hansısa rayonda müəssisələr ardıcıl şəkildə fəaliyyətini dayandırırsa, bunun səbəblərinə diqqət yetirilməlidir. Dövlət qurumları sahibkarın qarşısında dayanmalı, onun fəaliyyətinə mane olmaq deyil, biznesin davamlılığını təmin edən şərait yaratmaq üçün çalışmalıdır. Bu baş verdikdə yeni iş yerlərinin yaradılması və makroiqtisadi tarazlığın qorunması üçün daha əlverişli mühit formalaşar”.

İqtisadçı vurğulayıb ki, Azərbaycan cəmiyyətində yüksək potensial, işgüzarlıq və peşə bacarıqları mövcuddur.

“Əsas məsələ bu potensialın reallaşdırılması üçün uyğun iqtisadi mühitin yaradılmasıdır. Azərbaycan xalqının böyük potensialı var. İnsanların işləməsi, sahibkarlıq fəaliyyəti ilə məşğul olması və öz bacarıqlarını reallaşdırması üçün şərait yaradılmalıdır. Sağlam rəqabət mühiti formalaşarsa, həm iş yerlərinin sayı, həm də onların keyfiyyəti və əməkhaqqı baxımından müsbət dəyişikliklər baş verə bilər”, – deyə İbrahimov fikirlərini yekunlaşdırıb.

Oğuz Ayvaz 

"AzPolitika.info"


Oxunub: 268
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 16:27 | Sosial şəbəkələrdə təhqir edilənlər hüquqlarını necə qoruya bilərlər?
    Bu gün, 16:20 | “Megastore” marketdə “Sirab” suyunun qiymətini fərqli satdılar – 4 min manat cərimə qüvvədə qaldı
    Bu gün, 15:26 | TƏBİB sədri onu işdən çıxardı - Foto
    Bu gün, 15:14 | Fatmayıda evdə partlayış: ər və arvad... - Video
    Bu gün, 14:47 | Bakı bu ölkəyə neft ixracını 3 dəfə artırdı
    Bu gün, 14:46 | İlham Əliyev və xanımı Zəngilanda açılışda iştirak etdilər
    Bu gün, 14:44 | Kameraları qırıb 10 minlik oğurluq etdi, həbs olundu
    Bu gün, 13:51 | İcbari tibbi sığorta fondunun gələn ilki xərcləri... - Nazir
    Bu gün, 13:50 | Ermənistan balığı Rusiya bazarından tamamilə çıxarılır
    Bu gün, 13:47 | 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı
    Bu gün, 12:51 | Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizmi necə olacaq?
    Bu gün, 12:49 | AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
    Bu gün, 10:43 | Kənd təsərrüfatında uçot qaydaları dəyişdi: Təkrar əkinlər də ayrıca hesablanacaq
    Bu gün, 09:33 | Misli Premyer Liqası: "Qarabağ" və "Neftçi" meydana çıxırlar
    Bu gün, 07:54 | Noyabrın ilk maqnit qasırğası yaxınlaşır - XƏBƏRDARLIQ
    Bu gün, 07:52 | Toyda ölən iş adamı icra başçısının qohumu imiş - TƏFƏRRÜAT
    Bu gün, 07:12 | Avropa Liqası: "Beşiktaş" "Seltik"ə uduzdu
    Bu gün, 07:10 | Bakı-Ankara münasibətləri Astananı da narahat edir
    Bu gün, 07:04 | Konfrans Liqası: III turun oyunları keçirildi
    Dünən, 22:36 | İcra Başçısı şəhid ailələrinin arzusunu yerinə yetirdi
    Dünən, 20:09 | Qazaxda 8 Noyabr – Zəfər Günü ilə bağlı şəhid ailələri və qazilər üçün bayram süfrəsi təşkil edilib
    Dünən, 18:06 | Bu türk ölkəsi eneji içkilərini qadağan edir
    Dünən, 18:04 | Onlara da məcburi köçkün statusu veriləcək
    Dünən, 18:01 | Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər - Foto
    Dünən, 17:59 | Gəncə-Mingəçevir-Gəncə istiqamətində əlavə reyslər təyin edildi
    Dünən, 16:11 | Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
    Dünən, 16:09 | Dövlət başçısı bu qanunu təsdiqlədi
    Dünən, 16:07 | Ağıllı saatlara görə aksiz vergisi alınacaq - Hər birinə 20 manat
    Dünən, 16:05 | Prezident fərman imzaladı
    Dünən, 16:02 | Bir qrup media nümayəndəsi təltif edildi
    Dünən, 15:06 | Ağstafada müəllimlər arasında Zəfər Gününə həsr olunmuş intellektual yarış keçirilib
    Dünən, 13:34 | Başçı oğlunu aldadan qardaşlar həbs olundu
    Dünən, 13:32 | Bakıda dünya çempionatının açılış mərasimi olub - Foto/Video
    Dünən, 12:58 | Ağstafada Zəfər Günü ərəfəsində ağacəkmə aksiyası...
    Dünən, 12:52 | Nərə və qızılbalıq istehsalçılarına şad xəbər: Subsidiya veriləcək
    Dünən, 12:47 | Pensiyalar 45 manat artacaq: 2027-ci il üçün proqnoz
    Dünən, 12:44 | Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda
    Dünən, 07:49 | Çempionlar Liqasında tarixi darmadağın: "Komo"dan 9 qol - Video
    Dünən, 07:46 | Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar" - Video
    Dünən, 07:44 | Orqanizmdə daş yaranan dörd nahiyə: Bəziləri təhlükəli nəticələrə səbəb olur
    Dünən, 07:41 | Baş redaktorun oğlu və gəlini dul qadını aldatdılar: Elvin Məhərrəmov həbs edildi - Foto
    Dünən, 07:10 | Noyabrın 8-nə qədər çox şanslı olacaq BÜRCLƏR
    Dünən, 07:09 | Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
    Dünən, 07:07 | Şöbə rəhbəri xəstəxananın baş həkimi oldu - FOTO
    Dünən, 07:05 | İmmuniteti gücləndirməyin ən asan yolu...
    Dünən, 07:03 | Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır
    Dünən, 01:31 | UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq"ə uduzdu
    Dünən, 01:04 | "Liverpul" Türkiyədə büdrədi, "Fənərbağça"dan vacib qələbə
    Dünən, 01:01 | Şəhid Bilal Qənbərovun son arzusu: "Şuşaya bayraq sancıb qayıdacağam" - Video
    Dünən, 00:57 | Azərbaycanda evli direktor müavini sevgilisi tərəfindən şantaj edildi - Təfərrüat
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.