Bakıda gecə saatlarında "BAHALI" QƏZA: 7 maşın toqquşdu - VİDEO
Bakı şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Mediaxeberleri.Az xəbər verir ki, hadisə ötən gün saat 23:30-da Xətai rayonu, 3-cü Şərq küçəsi, Ağ Şəhər bulvarında qeydə alınıb. Belə ki, "Mercedes-Benz", BYD, BMW, "Audi", "Hyundai", "Range Rover" və "Porsche" markalı avtomobillər toqquşub. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 40
Xəbəri paylaş
Paylaş:





















