Nəsimi rayonunda kəsilmiş ağacların yerinə yeniləri əkildi - Video
Bu barədə Mediaxeberleri.Az-a Nəsimi Rayon İcra Hakimiyyətindən bildirilib. Faktla bağlı akt tərtib olunub. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır. Kəsilmiş ağacların yerinə Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və dəstəyi ilə ərazidə yaşayan sakinlərlə birgə yeni ağaclar əkilib. [media=https://www.youtube.com/shorts/1vMnVP-jJCs]
Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Nəsimi rayonu, Moskva prospekti, 20 yanvar metrosundan Şamaxinka adlanan məkana gedən yolun sağında ağac kəsintisi faktı aşkar edilib.
Oxunub: 40
Xəbəri paylaş
Paylaş:





















