Bakıda güclü külək: xəsarət alanlar var
Küləkli hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri üzrə iki çağırış qeydə alınıb. Bu barədə Mediaxeberleri.Az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, çağırış ünvanlarına təcili tibbi yardım briqadası cəlb olunub. Saat 07:55 radələrində Səbail rayonu, Xəqani küçəsi ərazisindən qeydə alınan çağırış zamanı təcili tibbi yardım briqadası tərəfindən bir qadın Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Saat 10:25 radələrində Nizami rayonu, Atletlər kəndi ərazisindən qeydə alınan çağırış zamanı isə bir kişi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.
Oxunub: 29
Xəbəri paylaş
Paylaş:





















