Faktiki hava: 39 dərəcə isti qeydə alındı
Ölkə ərazisində hava şəraiti yağmursuz keçib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 26-sı saat 10:00-a olan məlumatında qeyd edilib. Bildirilib ki, ötən gün Xaçmazda cənub-şərq küləyi əsib, küləyin maksimal sürəti 25 m/s-dək güclənib. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da, eləcə də Aran rayonlarında 39, dağlıq rayonlarda isə 29 dərəcəyədək isti müşahidə olunub.
Oxunub: 32
Xəbəri paylaş
Paylaş:





















