Cəmilə Qurbanova vəzifəsindən azad edildi - FOTO
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Cəmilə Fazil qızı Qurbanova tutduğu vəzifədən azad edilib. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirib. Qeyd edilib ki, səhiyyə naziri Teymur Musayevin əmri ilə Cəmilə Qurbanova 3 iyun tarixindən etibarən "Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu" publik hüquqi şəxsin direktoru vəzifəsindən azad olunub. Nazirliyin məlumatına görə, hazırda direktor vəzifəsinin icrası baş həkim Xuraman Bağırovaya həvalə olunub. Nazirlik vəzifədən azad olunmanın səbəbi ilə bağlı əlavə məlumat verməyib.
Fotoları təqdim edirik
Oxunub: 31
Xəbəri paylaş
Paylaş:






















