Zərdabda su arxından meyit tapıldı
Zərdab sakininin su arxından meyiti tapılıb. Mediaxeberleri.Az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində baş verib. Məlumata görə, kənd sakini, 1964-cü il təvəllüdlü Təhlə Qoca oğlu Mustafayevin meyiti su arxında aşkarlanıb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 32
Xəbəri paylaş
Paylaş:





















