AZAL Oman Sultanlığının paytaxtına aviareys açacaq - FOTO
"Azərbaycan Hava Yolları" (AZAL) QSC aviaşirkəti Bakı-Maskat aviareysini açmağı planlaşdırır. Bu barədə Azərbaycanın Omandakı səfirliyi məlumat yayıb Bildirilib ki, AZAL Omanın paytaxtında Bakı-Maskat çarter reysinin təqdimat mərasimini keçirib. Tədbirdə Azərbaycanın Omandakı səfiri Rəşad İsmayılov iştirak edib. Mərasimdə çıxış edən diplomat yeni reysin turizm, biznes və insanlararası əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıb.
Oxunub: 30
Xəbəri paylaş
Paylaş:





















