Azərbaycanda 900-ə yaxın uşaq övladlığa verildi
Bu barədə Sosial Xidmətlər Agentliyindən məlumat verilib. Bildirilib ki, valideyn himayəsindən məhrum olmuş uşaqların ailə qayğısı ilə əhatə edilməsi, övladlığa və himayədar ailələrə verilməsi istiqamətində ƏƏSMN tərəfindən ardıcıl tədbirlər görülür. Nazirliyin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsistemi vasitəsilə bu sahədə proseslərin şəffaf, operativ və effektiv şəkildə təşkili təmin edilir. Qeyd edək ki, övladlığa uşaq götürmək istəyən valideyn-namizədlər müraciət qaydaları ilə nazirliyin “e-sosial.az” internet portalında tanış ola bilərlər.
2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən icra olunan övladlığagötürmə mexanizmi çərçivəsində ümumilikdə 888 uşaq övladlığa verilib.





















