Xalq artistinin oğluna yüksək vəzifə verildi
Xalq artisti Afaq Bəşirqızının oğlu Səmral Təhməzov yeni vəzifəyə təyin olunub. Mediaxeberleri.Az Editor.az-a istinadən xəbər verir ki, S.Təhməzova “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyəti sədrinin Səlahiyyətli Nümayəndəsi vəzifəsi verilib. Qeyd edək ki, Səmral Təhməzov 2001–2010-cu illərdə gömrük orqanlarında xidmət edib. 2010–2020-ci illərdə Bakı Beynəlxalq Kompleksində müxtəlif vəzifələrdə çalışıb. 2020–2024-cü illərdə isə Dövlət Gömrük Komitəsinin Tranzit şöbəsinin rəisi vəzifəsini icra edib. O, gömrük xidməti polkovniki rütbəsinə malikdir.
Oxunub: 37
Xəbəri paylaş
Paylaş:





















