Belqoroda PUA hücumu edildi: ölənlər var
Rusiyanın Belqorod vilayətinə PUA hücumu edilib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat verib. Onun sözlərinə görə, hava hücumundan müdafiə sistemlərinin zərərsizləşdirdiyi PUA yaşayış evinə düşüb: “3 nəfər həlak olub. Ölənlərdən biri uşaqdır. Yaralılar ağır vəziyyətdə reanimasiyaya yerləşdiriliblər. Həkimlər onların həyatlarını xilas etmək üçün hər şey edirlər”, - Qladkov bildirib.
Oxunub: 210
Xəbəri paylaş
Paylaş: