II Liqa: “Ağstafa Gəncləri” səfərdə “Şəki Siti”ni darmadağın etdi
Bu gün Azərbaycan 2-ci liqasında 22-ci tura yekun vurulub. Mediaxeberleri.Az xəbər verir ki, ikinci oyun günündə 3 matç keçirilib. Günün ilk matçında “Xankəndi” evdə “Dinamo”ya 3:1 hesabı ilə qalib gəlib. “Qaradağ Lökbatan” doğma meydanda “Quba”nı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 5:1 hesablı üstünlüyü ilə yekunlaşıb. “Şəki Siti” isə evdə “Ağstafa Gəncləri”nə 1:4 hesabı ilə məğlub olub. 14 aprel (çərşənbə axşamı) 13:00. “Xankəndi” – “Dinamo” - 3:1 Qollar: Elvin Nəsibov, 7, 67; Emin Quliyev, 71-pen. // Valeh Seyidov, 34 Palms Sports FM (IV meydança) 16:00. “Qaradağ Lökbatan” – “Quba” - 5:1 Qollar: R.Quliyev, 43, 45, T.Axverdiyev, 55, S.Allahquliyev, 62, V.Hüseynov, 85 // B.Köçərli, 74 Lökbatan OİK stadionu 16:00. “Şəki Siti” – “Ağstafa Gəncləri” - 1:4 Qollar: R.İbrahimov, 8 // R.Süleymanov, 3, E.Hüseynov, 50, İ.Allahverdiyev, 66, E.Hüseynov, 72 Zaqatala OİK stadionu 13 aprel (bazar ertəsi) “Araz Saatlı” – “Göygöl” - 1:2 “Ağdaş” – “Kür-Araz” - 1:0 “Şəmkir” – “Şirvan” - 0:1






















