Qaz olmayacaq
Masallı şəhərinin Azərbaycan prospektində yerləşən polietilen qaz xəttinin 26 metrlik hissəsinin polad borularla əvəz olunaraq yerüstü xətt kimi çəkilməsi və müvafiq olaraq qoşulması məqsədilə planlaşdırılmış təmir-bərpa işləri aparılacaq. Bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, bununla əlaqədar olaraq, 15.04.2026-cı il tarixində saat 10:00-dan etibarən işlər başa çatanadək rayonun Digah və Seybətin kəndləri, həmçinin şəhərin bir hissəsi daxil olmaqla ümumilikdə təxminən 3 200 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Oxunub: 55
Xəbəri paylaş
Paylaş:





















