"Sumqayıt" "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə - Video
Misli Premyer Liqasının V tur davam edir. Medıaxeberlerı.Az xəbər verir ki, ikinci oyun gününə nəzərdə tutulan matçlar yekunlaşıb. Əvvəlcə “Kəpəz” öz meydanında “Qəbələ”ni qəbul edib. Görüş Gəncə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Digər matçda isə “Sumqayıt” doğma divarlar arasında “Şamaxı”nı sınağa çəkib. Görüş 1:1 hesablı heç-heçə ilə bitib. Misli Premyer Liqası V tur 12 sentyabr (şənbə) 19:45. “Sumqayıt” - “Şamaxı” - 1:1 Qol: Jeam Oliveyra, 25 (1:0), Edqar Adilxanov, 54 (1:1) 17:30. “Kəpəz” - “Qəbələ” - 1:0 Qol: Viktor Stina, 64 13 sentyabr (bazar) 16:30. “Araz-Naxçıvan” - “Turan Tovuz” 19:00. “Zirə” - “Qarabağ” 14 sentyabr (bazar ertəsi) 19:00. “Şəfa” - “Sabah” 11 sentyabr (cümə) “İmişli” - “Neftçi” - 2:3 Bombardirlər: Breno Almeyda (“Neftçi”) - 6 qol Coy-Lens Mikels (“Sabah”) - 4 qol Dioqo Almeyda (“İmişli”) - 2 qol Alen Şkribek (“Neftçi”) - 2 qol Renaldo Sefas (“Qarabağ”) - 2 qol Eren Aydın (“Zirə”) - 2 qol Misli Premyer Liqasının 5-ci turunda keçirilən "Kəpəz" - "Qəbələ" matçından (1:0) hazırlanmış videoicmalı təqdim edirik.
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Teymur Teymurov, İnqilab Məmmədov
VAR: Vüqar Həsənli
AVAR: Rahil Ramazanov
“SOCAR Polymer Arena”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Cavid Cəlilov
VAR: Elvin Bayramov
AVAR: Kamran Bayramov
Gəncə şəhər stadionu





















