İran Türkiyəyə uçuşları dayandırıb?
İmam Xomeyni Beynəlxalq Hava Limanının baş direktoru Ramin Kaşif Azər Türkiyə və İraqa uçuşlar barədə danışıb. Mediaxeberleri.Az Modern.az-a istinadla xəbər verir ki, baş direktor hava limanından müxtəlif istiqamətlərə uçuşlarla bağlı hər hansı məhdudiyyətin tətbiq edilməsi barədə məlumatları təkzib edib. O bildirib ki, hava limanından bütün beynəlxalq istiqamətlər üzrə uçuşlar həyata keçirilir və onlar müəyyən edilmiş cədvələ uyğun icra olunur.
Oxunub: 22
Xəbəri paylaş
Paylaş:





















