İndoneziyada göyərtəsində 200-dən çox sərnişinin olduğu gəmi ilə əlaqə kəsilib - VİDEO
İndoneziya sahillərində göyərtəsində azı 243 nəfərin olduğu bərə ilə əlaqə kəsilib. Mediaxeberleri.Az bildirir ki, bu barədə "Reuters" agentliyi ölkənin axtarış-xilasetmə xidmətinə istinadən məlumat verib. Agentliyin məlumatına görə, gəmi Surabaya şəhərindən Bancarmasinə doğru hərəkət edirmiş. Son məlumatlara əsasən, azı 103 sərnişinin bərədən təxliyə edilib. Digər detallar hələlik açıqlanmır.
Oxunub: 25
Xəbəri paylaş
Paylaş:





















