"Qalatasaray"dan minimal hesablı qələbə...
Türkiyə Superliqasında V tur davam edir. Mediaxeberleri.Az xəbər verir ki, "Qalatasaray" "Kocaelispor"u qəbul edib. Oyun "sarı-qırmızılılar"ın tam üstünlüyü ilə keçib. Hesab ikinci hissədə açılıb. Əbdülkərim Bardakcı fərqlənib. Bu, matçda yeganə qol olub - 1:0. Qeyd edək ki, xallarının sayını 13-ə çatdıran "Qalatasaray" liderliyini davam etdirir.
Oxunub: 25
Xəbəri paylaş
Paylaş:





















