Misli Premyer Liqasında V tur davam edir: İki maraqlı oyun keçiriləcək
Misli Premyer Liqasında beşinci tur davam edir. Medıaxeberlerı.Az xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə “Kəpəz” öz meydanında “Qəbələ”ni qəbul edəcək. Hazırda Gəncə klubu 3 xalla 9-cu, “qırmızı-qaralar” isə 4 xalla 7-ci pillədə qərarlaşıb. Digər matçda isə “Sumqayıt” doğma divarlar arasında “Şamaxı”nı sınağa çəkəcək. “Gənclik şəhəri”nin təmsilçisi 3 oyundan sonra çempionatda xal qazanmayan yeganə komandadır. “Şamaxı” isə 4 matçdan 5 xal toplayıb və 6-cı pillədədir. Misli Premyer Liqası V tur 12 sentyabr (şənbə) 17:30. “Kəpəz” - “Qəbələ” 19:45. “Sumqayıt” - “Şamaxı” 13 sentyabr (bazar) 16:30. “Araz-Naxçıvan” - “Turan Tovuz” 19:00. “Zirə” - “Qarabağ” 14 sentyabr (bazar ertəsi) 19:00. “Şəfa” - “Sabah” 11 sentyabr (cümə) “İmişli” - “Neftçi” - 2:3 Bombardirlər: Breno Almeyda (“Neftçi”) - 6 qol Coy-Lens Mikels (“Sabah”) - 4 qol Dioqo Almeyda (“İmişli”) - 2 qol Alen Şkribek (“Neftçi”) - 2 qol Renaldo Sefas (“Qarabağ”) - 2 qol Eren Aydın (“Zirə”) - 2 qol
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Cavid Cəlilov
VAR: Elvin Bayramov
AVAR: Kamran Bayramov
Gəncə şəhər stadionu
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Teymur Teymurov, İnqilab Məmmədov
VAR: Vüqar Həsənli
AVAR: Rahil Ramazanov
“SOCAR Polymer Arena”





















