Millimiz Afrika ölkəsinə penaltilər seriyasında qalib gəldi
Azərbaycan millisi bu gün “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində ikinci - final oyununa çıxıb. Mediaxeberleri.Az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda Syerra Leone yığması ilə üz-üzə gəlir. Bu, Azərbaycan millisinin tarixində Afrika təmsilçisinə qarşı ilk oyunudur. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan görüş 19:00-da start götürüb. Qeyd edək ki, hazırda Azərbaycan millisi FİFA reytinqində 125-ci, Syerra Leone isə 119-cu yeri tutur. Xatırladaq ki, Azərbaycan millisi martın 27-də Sent Lüsiya yığmasını 6:1 hesabı ilə məğlub edib. “FIFA Series – 2026” 30 mart 19:00. Azərbaycan - Syerra Leone - 1:1 (Penaltilər - 9:8) Qol: Kanu, 28, R.Məmmədov, 72 Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu Qarşılaşmanın əsas vaxtında tarazlıq pozulmadığı üçün qalibi müəyyənləşdirmək üçün penalti zərbələri yerinə yetiriləcək.





















