Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb - VİDEO
Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev Mütləq Döyüş Çempionatında (UFC) bu gecə növbəti döyüşünü keçirib. Mediaxeberleri.Az xəbər verir ki, 36 yaşlı idmançı ABŞ-nin Sietl şəhərində keçirilən turnirdə çilili İqnasio Bahamondeslə qarşılaşıb. İdmançılar üç raund ərzində qalibi müəyyənləşdirə bilməyiblər. Yekunda hakimlər yekdilliklə Tofiq Musayevin qələbəsinə səs veriblər. Bu, Tofiq Musayevin UFC-də ilk qələbəsi olub. Qeyd edək ki, idmançı ilk döyüşündə, ötən il iyunun 22-də Bakıda Mıktıbek Orolbaya (Qırğızıstan) məğlub olub. İqnasio Bahamondes də sonuncu dəfə Bakıdakı turnirdə təmsilçimiz Rafael Fiziyevə məğlub olub.
Oxunub: 40
Xəbəri paylaş
Paylaş:





















