Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazandı - Video
Azərbaycan millisi bu gün “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində ilk oyununa çıxıb. Mediaxeberleri.Az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda Sent Lüsiya yığması ilə üz-üzə gəlib. Bu, Azərbaycan millisinin 2026-cı ildə ilk oyunu olub Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan görüş yığmamızın 6:1 hesablı qalibiyyəti ilə yekunlaşıb. Bu, millimizin tarixinə ən böyükhesablı qələbə kimi düşüb. Qeyd edək ki, hazırda Azərbaycan millisi FİFA reytinqində 125-ci, Sent Lüsiya isə 167-ci yeri tutur. Azərbaycan millisi martın 30-da Syerra Leone yığması ilə qarşılaşacaq. “FIFA Series – 2026” 27 mart 19:10. Azərbaycan - Sent Lüsiya - 6:1 Qollar: Emin Mahmudov, 2, (1:0), Rəhim Sadıxov, 21 (2:0), Musa Qurbanlı, 37 (3:0), Filip, 52-pen (3:1), Toral Bayramov, 64 (4:1), Vüsal İsgəndərli, 87 (5:1), Rüstəm Əhmədzadə, 89 (6:1) Buna qədər Azərbaycan komandasının ən böyük hesablı qələbələri San Marino (AÇ-2000 seçmə mərhələ, 5:1) və Lixtenişteynlə (DÇ-2018 seçmə mərhələ, 4:0) matçlarda qeydə alınmışdı. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektov martın 30-da Syerra Leone yığması ilə qarşılaşacaq.
Baş hakim: Giorgi Kruaşvili (Gürcüstan)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu





















