Azərbaycan millisi 2026-cı ildə ilk sınağına çıxır
Azərbaycan millisi bu gün "FIFA Series - 2026" beynəlxalq turniri çərçivəsində ilk oyununa çıxacaq. Mediaxeberleri.Az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Sent Lüsiya yığması ilə üz-üzə gələcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq matç saat 19:00-da start götürəcək. Oyunu Gürcüstandan olan hakimlər briqadası (Giorgi Kruaşvili, Levan Varamişvili, Giorgi Elikaşvili, Koba Revazaşvili) idarə edəcək. Nəzərə çatdıraq ki, Azərbaycan millisi martın 30-da Syerra Leone ilə münasibətlərə aydınlıq gətirəcək.
Oxunub: 45
Xəbəri paylaş
Paylaş:





















