Qadın boksçu nokautdan sonra komaya düşdü
Amerikalı qadın boksçu Aysis Sio həmyerlisi Coslin Kamariylo ilə döyüşdə nokauta düşdükdən sonra xəstəxanaya yerləşdirilib və süni koma vəziyyətindədir. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə "ProBox TV" məlumat yayıb. "Sionun tezliklə sağalması üçün dua edirik. O, hazırda süni komadadır", - deyə döyüşün təşkilatçıları məlumat veriblər. Məlumata görə, döyüş martın 21-də Kaliforniyada baş tutub. Birinci raundun 78-ci saniyəsində 19 yaşlı Sio rəqibinin davamlı zərbələrindən sonra yıxılıb, daha sonra isə xəstəxanaya aparılıb. Sio yüngül çəki dərəcəsində (49 kq-a qədər) yarışır. O, peşəkar rinqdə bir qələbəyə sevinib və üç məğlubiyyətlə üzləşib.
Oxunub: 35
Xəbəri paylaş
Paylaş:





















