ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqladı
Amerika Birləşmiş Ştatları (ABŞ) Ukraynaya yeni hərbi yardım paketini bu gün açıqlayacaq. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb. ABŞ paket çərçivəsində Ukraynaya 200 milyon dollara qədər əlavə hərbi yardım göstərəcək. Hərbi paketə hava hücumundan müdafiə üçün AIM-9 Sidewinder raketləri, Yüksək Mobil Artilleriya Raket Sistemləri (HIMARS) üçün artilleriya sursatları, TOW tank əleyhinə raketlər, həmçinin 155 mm və 105 mm mərmilər daxildir. Burada, həmçinin atıcı silahların sursatları, Rusiya maneələrini dəf etmək üçün yüksək partlayıcı qurğular, pilotsuz uçuş aparatları və elektron döyüş texnikası yer alır. Qeyd edək ki, Birləşmiş Ştatlar 2022-ci ilin fevralından, Rusiyanın işğalı başlayandan bəri Ukraynaya təhlükəsizlik məqsədilə təxminən 44 milyard dollar yardım edib.