Yaxın Şərq ALOVLANIR: İsrailin şimalında ikinci cəbhə açıldı
Livanın "Hizbullah" qruplaşması İsrailin şimalında ikinci cəbhəni açıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Qüds Strategiya və Təhlükəsizlik İnstitutunun (JISS) professoru və prezidenti Efraim İnbar "RİA Novosti" ilə söhbətində bildirib. Onun sözlərinə görə, hazırda vəziyyət nəzarətdə olsa da, gərginləşmə riski var. Agentliyin həmsöhbəti qeyd edib ki, İsrail "Hizbullah"ın fəal şəkildə müharibəyə qoşulmasının qarşısını almağa çalışır. Bundan əvvəl İsrailin müdafiə naziri Yoav Qalant ölkə ordusunun Qəzza zolağına tam hücum əməliyyatına başladığını elan edib. İsrailin sektorda bir ay davam edəcək quru kampaniyasına hazırlaşdığı bildirilir.
Oxunub: 244
Xəbəri paylaş
Paylaş: