Mediaxeberleri.az
    
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
  • 
  • Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
    Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
  • 
  • Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
    Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
  • 
  • Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
    Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
  • 
  • TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
    TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
  • 
  • PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
    PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
  • 
  • Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
    Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
  • 
  • Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
    Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
  • 
  • "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
    "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR

Son xəbərlər :
  • Trampın bu təklifi Avropanı sevindirdi
  • Rusiyada eyni klinikada işləyən azərbaycanlı və erməni iki həkimin səs-küy yaradan dostluğu - Video
  • Ölüm saçan pullar peyda oldu: toxunanlar zəhərlənir
  • İranda çörək satışına məhdudiyyət qoyuldu
  • Yasamalda bu göl qurumağa başlayıb - Video
  • Yatmazdan əvvəl spirtli içki içmək faydalıdır?
  • İcra başçısının səmimi söhbəti bir neçə saat ərzində yüz əlli mindən çox baxış sayı toplayıb
  • "Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
  • Azərbaycan vətəndaşlarının bu ölkəyə vizasız rejimi tətbiq edildi
  • Zəngi liseyinin direktoru işdən çıxarıldı – Yeni təyinat
  • Bu şəxslər üçün imtahan keçiriləcək
  • Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
  • Argentinalı məşhur futbolçu huşunu itirdi
  • ABŞ yeni kamikadze dronunu təqdim etdi
  • Azərbaycana qar yağıb
  • Astarada qəza: 5 kəndin qazı kəsildi
  • Qazaxda iki nəfərə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı
  • Gəzməkdə çətinlik çəkən qadının 23 illik əlillik pensiyası kəsildi - Video
  • Diyetoloq ən faydalı çörək növlərini və gündəlik istehlak normasını açıqladı
  • Yas mərasiminə gedən ehtiyatda olan zabit faciəli şəkildə öldü - Təfərrüat
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

ETN NİYƏ ÇÖRƏYİ ÇƏKMƏÇİYƏ VERİR? - Və ya MMC-lərə ETN-nin “məhəbbəti” hansı maraqlara söykənir?

  • Tarix: 7-03-2026, 09:11

“Mən bir daha demək istəyirəm ki, ictimai nəzarət olmasa, biz istəyimizə nail ola bilmərik. İctimai nəzarət nə deməkdir? Vətəndaşlar daha fəal olmalıdırlar. Onlar xoşagəlməz hallarla üzləşəndə bu barədə məlumat verməlidirlər ki, biz işləri tənzimləyək, xoşagəlməz halların qarşısını alaq.”

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev

KİV-lər yazır ki, Elm və Təhsil Nazirliyinin (ETN) tabeliyində fəaliyyət göstərən Peşə Təhsilinin İnkişafı Fondu ümumi dəyəri 2 milyon manata yaxın olan təlim yönlü layihəni ETN məmurlarının qohumlarının məxsus MMC ilə bağlayıb. KİV-lərin verdiyi məlumata görə, hər iki satınalma açıq tender keçirilmədən – “bir mənbə” üsulu ilə reallaşdırılıb. Söhbət dövlət büdcəsi hesabına maliyyələşən layihələrdən gedir.

Müqavilələrdən biri qısamüddətli təlimlərin təşkili ilə, digər müqavilə isə işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramı çərçivəsində peşə hazırlığı kurslarını əhatə edir.

Satınalmaların hər ikisi rəqabət proseduru keçirilmədən həyata keçirilib. “Bir mənbədən” satınalma o deməkdir ki, dövlət qurumu alternativ təklifləri müqayisə etmədən birbaşa seçilmiş şirkətlə müqavilə bağlayır. Qanunvericilik belə imkanı istisna hallarda nəzərdə tutur.

ETN universitetləri onların heç bir maliyyə bazası olmadan icbari qaydada PHŞ etdi. İndi universitetlərin maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün bu yönlü layihələri profilinə uyğun olaraq 2-3 univetsitet arasında bölə bilməzdimi? 

Bəzi MMC-lərə ETN-nin 15-20 illik “məhəbbəti”, davamlı “tərəfdaşlığı” hansı “dəyərlərə” və maraqlara söykənir görəsən? Necə olur ki, ETN-nin akkreditasiyasından keçən, 90-100 il yaşı olan, bakalavr və magistr proqramları ilə kadr hazırlayan universitetləri yox, heç bir rəsmi təhsil akkreditasiyası olmayan MMC və ya QHT-lər illərdir ki, davamlı olaraq TN və ETN-nin yaxından himayəsi ilə belə böyük layihələr ala bilir?

Bəs universitetlər necə pul qazansın? ETN bu haqda yox, MMC-lər haqda niyə düşünməlidir? 

Biz bütün bu illər ərzində dəfələrlə yazmışıq ki, Təhsil Nazirliyi (TN) və ETN-nin bütün elmi, metodik, texniki-texnoloji layihələri, məktəb dərsliklərinin yazılması universitetlərə həvalə edilməlidir.

TN vaxtı ilə hansısa maraqlara görə məktəb dərsliklərinin yazılmasını nəşriyyatlara həvalə etdi. Bu səhv qərar idi, Amma bu işi universitetlərə, ixtisas kafedralarına (metodika kafedralarına) həvalə etsəydi, özü isə keyfiyyətə nəzarət etsəydi daha səmərəli olardı.

Bir maraqlı hadisə yadıma düşür. 13 il əvvəl TN-dən gənc bir menecer (hansısa özəl kursdan TN -ə yeni transfer edilmişdi), bizim universitetə nazirlik adından bir təkliflə gəlmişdi. Rektor onunla görüşüb, məsəlinin detallarını müzakirə etməyi mənə həvalə etmişdi. Görüşdük, biz artıq onunla tanış idik. Məni 1-2 ay əvvəl nazirliyə dəvət etmişdilər, gənc menecerlərə məsləhətlər vermək üçün, onda biz tanış olmuşduq.

Təklif məktəb direktorları üçün təlimlərin keçirilməsi ilə əlaqədar idi. Gənc menecerə dedim ki, yaxşı təşəbbüsdür, bizim universitetdə (yəni, ADPU-da) uzun müddət məktəb direktorlarının ixtisasartırma fakültəsi və bu adda kafedra olub. Təcrübəmiz və kadrlarımız var. TN "elçi"si dedi ki, biz bu təlimlərin təşkilinə ADPU ilə birgə bir QHT-ni də cəlb edəcəyik, müqavilə onlarla olacaq, pulu onlara köçürdəcəyik, təlimləri isə siz aparacaqsınız. Maliyyə pozuntusu və universitetin reputasiyasının zədələnəcəyini hiss etdim. O qurumun adını eşidəndə isə mən bu təklifdən qəti imtina etdim. 

Dedim ki, 100 illik universitet ildə 4000 müəllim hazırladığı halda, 200 məktəb direktoruna 10 günlük təlim keçə bilməyəcəkmi? Bu QHT-ni niyə ortalığa atırsınız? Bu QHT bizə lazım deyil. Həm də bu QHT əvvəlki nazirin vaxtında da TN-dən hər il milyonlarla dəyərində layihələr alıb və keyfiyyətsiz icra edib, ondan narazılıqlar var, KİV-lərdə bu haqda çoxlu məqalələr dərc edilib. Bu səbəbdən biz universitetimizin adının belə bir qurumla birgə hallanmasına razı deyilik.

Siz istəsəniz TN olaraq, belə şübhəli “layihə” və maliyyə “əməliyyatını” o qurumla davam etdirə bilərsiniz, amma bizsiz, ya da layihəni biz tək icra edəcəyik.

Sonra rektora söhbətin məzmununu bildirəndə, mənə dedi ki, düz demisiniz. Heç mən də razı olmazdım buna, həm də o qurum haqqında mən də neqativ məlumatlar eşitmişəm.

Beləliklə TN ilə bu şübhəli "əməkdaşlıq" alınmadı. Amma o QHT bu günə qədər də TN və ETN "tərəfdaşı"dir, yenə də hər il nazirlikdən milyonlarla manatlıq layihələr alır. Düzdür, indi adını dəyişib, amma iş “texnologiyası” dəyişməyib, nə ETN-də, nə QHT -də.... İndi o məmur da, QHT sədri də çox yüksək postlardadılar.

Universitetlər isə Publik Hüquqi Şəxs olaraq qəpiyə güllə atır, əməkdaşlarının maaşlarını da heç artıra bilmirlər.

Sual olunur: Əgər dəstək olmayacaqdınızsa, onda universitetləri niyə Publik Hüquqi Şəxs etdiniz? Hansı maraqlara görə ETN çörəyi çörəkçiyə yox, çəkməçiyə verir?




İlham Əhmədov, dosent


Oxunub: 600
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 08:09 | Trampın bu təklifi Avropanı sevindirdi
    Bu gün, 08:01 | Rusiyada eyni klinikada işləyən azərbaycanlı və erməni iki həkimin səs-küy yaradan dostluğu - Video
    Bu gün, 07:19 | Ölüm saçan pullar peyda oldu: toxunanlar zəhərlənir
    Bu gün, 07:15 | İranda çörək satışına məhdudiyyət qoyuldu
    Bu gün, 07:14 | Yasamalda bu göl qurumağa başlayıb - Video
    Bu gün, 07:12 | Yatmazdan əvvəl spirtli içki içmək faydalıdır?
    Dünən, 20:43 | İcra başçısının səmimi söhbəti bir neçə saat ərzində yüz əlli mindən çox baxış sayı toplayıb
    Dünən, 18:56 | "Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
    Dünən, 16:29 | Azərbaycan vətəndaşlarının bu ölkəyə vizasız rejimi tətbiq edildi
    Dünən, 16:27 | Zəngi liseyinin direktoru işdən çıxarıldı – Yeni təyinat
    Dünən, 16:25 | Bu şəxslər üçün imtahan keçiriləcək
    Dünən, 16:23 | Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
    Dünən, 12:30 | Argentinalı məşhur futbolçu huşunu itirdi
    Dünən, 12:13 | ABŞ yeni kamikadze dronunu təqdim etdi
    Dünən, 11:55 | Azərbaycana qar yağıb
    Dünən, 11:54 | Astarada qəza: 5 kəndin qazı kəsildi
    Dünən, 11:51 | Qazaxda iki nəfərə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı
    Dünən, 10:54 | Gəzməkdə çətinlik çəkən qadının 23 illik əlillik pensiyası kəsildi - Video
    Dünən, 10:48 | Diyetoloq ən faydalı çörək növlərini və gündəlik istehlak normasını açıqladı
    Dünən, 10:46 | Yas mərasiminə gedən ehtiyatda olan zabit faciəli şəkildə öldü - Təfərrüat
    Dünən, 10:42 | Azərbaycan bu ölkəni təbrik etdi
    Dünən, 10:18 | Noyabrın sonunda üç BÜRCÜN həyatı yaxşılaşacaq
    Dünən, 10:17 | Rusiya taktikanı dəyişib - Hədəfi budur
    Dünən, 10:15 | “Qarabağ” “Kəpəz”, “Neftçi” isə “Araz” sınağında
    Dünən, 09:56 | Sahibsiz itlərin hücumundan şikayətçidirlər - VİDEO
    Dünən, 09:47 | İranda zəlzələ olub, Naxçıvanda da hiss edilib
    Dünən, 09:47 | Bakıda ağaclar kəsilərək yerində restoran tikilir? - VİDEO
    21-11-2026, 23:02 | İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar - Siyahı
    21-11-2026, 22:30 | Qazaxda yerli sakin bıçaqlandı
    21-11-2026, 21:50 | Bakı sakini Qazaxda dəm qazından boğularaq ölüb
    21-11-2026, 21:43 | İranla belə bir saziş imzalayacağıq - Tramp
    21-11-2026, 21:39 | Sevinc Maniyeva vəfat etdi
    21-11-2026, 21:38 | İşdən çıxarılan Elçin Babayevlə bağlı sensasion fakt
    21-11-2026, 21:36 | "Qalatasaray" qalib gəldi, baş məşqçisi qırmızı aldı
    21-11-2026, 19:34 | Ağdamın bunkerləri, erməni generalları və 5 müdafiə xətti - Video
    21-11-2026, 19:26 | “Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
    21-11-2026, 18:35 | Ağdamda itlər məktəbli qıza hücum edib - FOTO
    21-11-2026, 18:33 | Azərbaycanda ilk dəfə 20 yaşadək oğlanlar arasında basketbol üzrə Avropa çempionatı keçiriləcək
    21-11-2026, 18:32 | Kartdan-karta köçürmələr risk mənbəyi kimi - Yeni təkliflər var...
    21-11-2026, 12:29 | TƏBİB-in yoxlama apardığı xəstəxananın şöbə müdiri işdən çıxarıldı - FOTO
    21-11-2026, 12:27 | Badamdarda evin həyəti ikiyə ayrıldı - VİDEO
    21-11-2026, 12:24 | İnsan orqanizmini qocaldan və ölümə yaxınlaşdıran 3 ən vacib faktor açıqlandı
    21-11-2026, 12:22 | Maşın almaq üçün kredit götürən şəxsin pulu oğurlandı
    21-11-2026, 10:50 | Bu şəxslər 700 manatadək cərimələnəcək
    21-11-2026, 10:49 | Millimiz Bədaviyə görə ilk texniki məğlubiyyətini ala bilər
    21-11-2026, 10:48 | Sumqayıtın şəhər statusu almasının 77-ci ildönümü - Foto
    21-11-2026, 10:10 | İsa Qəmbər ölkədən çıxa bilmədi
    21-11-2026, 10:09 | Sumqayıtda bu yol yenə çökdü - Foto
    21-11-2026, 10:07 | Neft həftəni bu qiymətlə yekunlaşdırdı
    21-11-2026, 09:33 | Bu ölkədə 6,7 bal gücündə zəlzələ oldu
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.