Mediaxeberleri.az
    
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
    Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI

Son xəbərlər :
  • MHP-nin kortejində qəza: ölü və yaralılar var
  • AB yüzminlərlə rusiyalı ilə bağlı qərar verəcək
  • Sabahın havası bu insanlar üçün əlverişlidir
  • Kamboca baş naziri Azərbaycana gəldi
  • Ukraynaya kömək edək ki, Rusiyanı vursun - Mixal
  • Boksçumuz Avropa çempionu oldu
  • Katz HƏMAS liderini ölümlə təhdid etdi
  • Biləsuvarda ağır qəza: ölü və yaralılar var
  • Putin Şröderi görəndə təəccübləndi, tapşırıq verdi ki... - Peskov
  • Miqrantları daşıyan qayıq batdı: 109 ölü
  • Goranboyda həkim dərmandan zəhərləndi
  • Bu hücuma görə Tehran təxliyə olunacaqdı... - Ənsari
  • Moskvaya hücum: İki PUA vuruldu
  • Əməkdar jurnalist vəfat etdi
  • Rusiya Trampla razılaşmadan 7 milyard dollar qazanacaq
  • Maşını elektrik dirəyinə çırpan sürücünü tok vurub öldürdü
  • Dünya çempionatı: Millimiz Avstriyaya qalib gəldi
  • Ukrayna “Yandeks”in daha bir data mərkəzini vurdu
  • Ramzan Kadırovun Azərbaycana səfəri ilə bağlı videoicmal
  • "Biri varlı geyinir, biri kasıb, vahid forma olmalıdır" - Sakinlər nə düşünürlər? - Video
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Gəncə Azərbaycanın cəhənnəminə çevrilir - İDDİA

  • Tarix: 10-10-2023, 22:36

Yaxın günlərdə qısa bir müddət Gəncə şəhərində oldum. Bu müddət o qədər səmərəli keçdi ki, şəhərin vəziyyəti haqqında tam və müfəsssəl məlumatlar toplaya bildim. Ciddi müşahidələr apardım, ilk əvvəl özümə də inanılmaz gələn dəqiq məlumatlar əldə etdim. 


Müşahidələrim və əldə etdiyim statistik rəqəmlər məni Gəncə şəhəri ilə bağlı silsilə məqalələr dərc etməyə sövq etdi. Bəribaşdan deyim ki, Azərbaycanın ikinci paytaxtı hesab olunan, 340 mindən çox əhalisi olan Gəncə böyük təhlükə altındadır, şəhər reanimasion durumdadır və dövlətçilik ənənənələri, ideoloji iş, kadr siyasəti özünün süqut dövrünü yaşayır. Əhalinin sosial rifahından, təhsilin, səhiyyənin, infrastrukturun, turizmin, biznes mühitinin vəziyyətindən isə danışmağa dəyməz.


QISA ARAYIŞ: Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla bağlı əhali arasında oturuşmuş bir fikir formalaşıb.  Şəhər əhalisi hesab edir ki, icra başçısı yalnız günün birinci yarısı işdə olur, günü ikinci yarısından etibarən isə vaxtını yaxın dostları ilə bərabər içki məclislərində keçirir. 


Azərbaycanın ən strateji əraziləri siyahısında ilk yerlərdən birində qərarlaşan Gəncə şəhəri həm mərhum prezident Heydər Əliyevin və həm də Prezident İlham Əliyevin xüsusi diqqət dairəsində olub. Şəhərin ölkədaxili və qlobal əhəmiyyətinin artırılması istiqamətində Prezident İ.Əliyev kifayət qədər tapşırıq və göstərişlər verib. Amma sabiq icra başçısı Elmar Vəliyevin zamanında qalan problemlər N.Bayramovun dövründə daha da dərinləşib, hazırda Gəncədə baş verən açıq və gizli proseslər müsbət perspektivlər vəd etmir. Dövlət başçısının tapşırıqları bir çox hallarda yarımçıq icra olunub. Demək olar ki, icra başçısı ilə əhali arasındakı rabitə tamamilə itib.


Gəncə şəhəri müasir Azərbaycan tarixinin ən səs-küylü hadisələri ilə tarixin yaddaşına düşüb. Ötən əsrin 90-cı illərində Surət Hüseynovun qiyamı, 2018-ci ildə Gəncədə baş verən hadisələr və sabiq icra başçısı E.Vəliyevin güllələnməsi Gəncə şəhəri ilə bağlı tutarlı strategiyanın işlənib hazırlanmasını labüd edirdi. Müxtəlif dini cərəyanlara məxsus radikal qrupların və kriminal komandaların formalaşması bu gün də Gəncənin ən ağır və strateji problemi kimi vitrindədir.


Gəncədə nə baş verir? 


- Narkomaniya və narkotik maddələrin satışı ən pik həddə çatıb

- Dilənçilik bütün şəhəri bürüyüb

- Müxtəlif dini cərəyanlara və xarici ölkələrə bağlı radikal qruplaşmalar açıq, gizli və yarıgizli şəkildə təşkilatlanıb

- Kriminal aləmin nümayəndələri şəhərdə əsas söz sahiblərinə çevriliblər

- Ziyalılar şəhəri tərk edərək Bakıya köçürlər

- Binzesmenlər qorxudulur, vergi məmurları onlardan qanunsuz vəsaitlər tələb edirlər


Sovet dövründə Gəncə şəhərində 150-dən çox istehsal müəssisələri fəaliyyət göstərirdi. Bu gün həmin müəssisələrin çox az bir qismi, onlar da insan əməyindən az istifadə olunmaqla, müasir texnologiya ilə öz fəaliyyətini davam etdirir. Gənclərin işsizlik problemi onların kriminal aləmə və radikal dini qruplaşmalara meyl etməsinin əsas səbəbi kimi hələ də öz aktuallığını saxlayır. 


Ailələrin dağılması, boşanmaların artması geniş vüsət alıb və son 5 il ərzində dilənçiliyin səviyyəsi bir neçə dəfə artıb. Dilənçilər arasında qadınlar çoxluq təşkil edir, əvvəlki illərdən fərqli olaraq, dilənçiliyin yaş səviyyəsi çox aşağı düşüb və 5-8 yaş arası qız uşaqları küçələrdə, ticarət mərkəzlərinin, restoranların qarşısında fasiləsiz dilənirlər. Əgər əvvələr daha çox Yevlaxdan gələn qaraçılar dilənirdilərsə, indi ailəsi dağılmış qadınlar, təqaüd yaşına çatmış yaşlılar və əmək qabiliyyətli gənc qızlar dilənçilik edirlər. 


İnsanların, xüsusilə, gənclərin məşğulluq problemlərinin həll edilməməsi, işsizliyin kütləvi hal alması onların radikal qruplaşmalara meyl etməsini təmin edən əsas faktordur. 


Gəncə şəhərinin ziyalıları həmişə ölkənin mədəni, elmi, ictimai-siyasi həyatında aktiv rol oynayıblar. İndi şəhərdə ziyalı mühiti o qədər zəifləyib ki, onlar şəhərin həyatında heç bir rol ala bilmirlər. Diqqətsizlikdən əziyyət çəkən şəhər ziyalılarının təxminən 20%-i son 5-6 il ərzində Gəncəni tərk edərək, Bakıya köçüblər. N.Bayramov öz sələfi E.Vəliyevin kursuna sadiq qalaraq, daha çox layiq olmayan kadrları irəli çəkməklə, intellektual təbəqəni şəhərdən qovub çıxarır. Heç şübhəsiz ki, belə olan halda şəhərdə dini radikalizm və kriminal durum daha da güclənmiş olur.

Gəncədə şəbəkələşmə və təşkilatlanma...


Gəncədə gənclərin işsizlikdən əziyyət çəkməsi, onların narkotik və spirtli içkilərin aludəçisinə çevrilməsi milli dövlətçiliyimiz üçün ciddi təhdidlər yaratmaqdadır. Müxtəlif radikal dini qrupların təsiri altına düşən bu gənclər başqa ölkələrin maraqlarına xidmət etdiklərini açıq şəkildə etiraf etməkdən çəkinmirlər. Zamanında bu gənclərlə işləmək lazım idi. Bəlkə də Azərbaycanda çox həssas əhali kütləsinə sahib birinci şəhər Gəncədir. Gəncə müxtəlif ölkələrin dini təbliğatı üçün ən münbit ərazilərdən biridir, çünki burada oturuşmuş, dəyişilməyən zeyniyyət mövcuddur və kölə zehniyyəti aradan qaldırmaq üçün də gənclər arasında köklü heç bir iş görülməyib. 


Məni tanıyanlar bilirlər ki, təriqərtçi deyiləm, amma təriqət məsələsi məqsədli şəkildə ortaya atılanda öz mövqeyimi ifadə etməyi də bacarıram. Məhz “suların bulandığı” məqamda mən əsil-kökümün qaynaqlandığı və qürur duyduğum şiə olduğumu həmişə üsyankar şəkildə ifadə etmişəm. Zaman-zaman başlanan məqsədli proseslərdə də öz qələmimi süngü etməkdən çəkinməmişəm, dindarlar, ilahiyyatçılar, alimlər, ictimai-siyasi xadimlər qaçıb gizlənəndə mən döyüşmüşəm, bunu hər kəs bilir. 


Amma Gəncədə durum tamamilə fərqlidir. Burada Vətənə xəyanət, İrana casusluq var. 


Hazırda Gəncədə radikal dini qruplaşmaların üzvü olan və İranın gizli servislərinə xidmət edən minlərlə gənc var. Əldə etdiyim məlumatlardan görünür ki, hazırda Gəncədə 17-dən artıq dini qruplaşma gizli və yarıgizli şəkildə fəaliyyət göstərir. Onların İranın xüsusi xidmət orqanlarından, eləcə də, Qum şəhərindəki dini-ideoloji mərkəzlərdən tapşırıqlar aldığı heç bir şübhə doğurmur. İran meylli şəxslərin təxminən 20-25%-i radikal fikirlərini ifadə etməkdən çəkinməsələr də, hələki “yatmağa” üstünlük veriblər. Bu şəxslərə “İranın şiəliyə heç bir aidiyyatının olmadığını” aşılamaq üçün çox gecikmişik. 


Gəncədə daha bir təhlükə - Əhalinin dindar təbəqəsinin içində “Sunqurçu”ların təşəkkül tapmasıdır. “Nurçu”luğun bir qolu olan “sunqurçu”lar Gəncədə 6-7 dərsxana təşkil edərək formalaşmağa başlayıblar. 


Əvvəllər Azərbaycan Texnologiya Universiteti “Fətullah Gülən camaatı”na mənsub şəxslərin nəzarətində idisə, indi vəziyyət qismən dəyişib, amma ümumən şəhərdə və müxtəlif müəssisələrdə “nurçu”ların Fətullaha bağlı qolu öz mövcudluğunu qoruyub saxlaya bilib. 


Rayon rəhbərliyi baş verən bütün bu proseslərə nəzarət etmək iradəsinə sahib deyil. 


Sahibkarlar isə qorxu altında yaşayır. Vergi məmurlarının sahibkarları qorxudaraq, onlardan əlavə vəsaitlər tələb etməsi və bu qanunsuz hərəkətləri işğaldan azad edilən ərazilərdə aparılan quruculuq işlərinə sərf olunacağını bəhanə gətirərək həyata keçirməsi Gəncə şəhərinin biznes mühitinin dəhşətli və qorxulu mənzərəsinin praktiki ifadəsidir. 


P.S. Şəhərin biznes mühiti, səhiyyə və elm sahəsi, bərbad idarəetmə mexanizmləri, infrastrukturu haqqında ayrı-ayrılqıda məqalələrimizi oxuya biləcəksiniz... 


Samir Feyruzov  (https://pravda.az/news/128562)


MEDİAXEBERLERİ.AZ-dan: Olayla bağlı Mediaxeberleri.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...



Oxunub: 662
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 18:03 | MHP-nin kortejində qəza: ölü və yaralılar var
    Bu gün, 18:02 | AB yüzminlərlə rusiyalı ilə bağlı qərar verəcək
    Bu gün, 18:01 | Sabahın havası bu insanlar üçün əlverişlidir
    Bu gün, 17:59 | Kamboca baş naziri Azərbaycana gəldi
    Bu gün, 17:57 | Ukraynaya kömək edək ki, Rusiyanı vursun - Mixal
    Bu gün, 17:55 | Boksçumuz Avropa çempionu oldu
    Bu gün, 17:54 | Katz HƏMAS liderini ölümlə təhdid etdi
    Bu gün, 16:52 | Biləsuvarda ağır qəza: ölü və yaralılar var
    Bu gün, 16:51 | Putin Şröderi görəndə təəccübləndi, tapşırıq verdi ki... - Peskov
    Bu gün, 16:48 | Miqrantları daşıyan qayıq batdı: 109 ölü
    Bu gün, 16:44 | Goranboyda həkim dərmandan zəhərləndi
    Bu gün, 16:43 | Bu hücuma görə Tehran təxliyə olunacaqdı... - Ənsari
    Bu gün, 16:40 | Moskvaya hücum: İki PUA vuruldu
    Bu gün, 16:39 | Əməkdar jurnalist vəfat etdi
    Bu gün, 12:07 | Rusiya Trampla razılaşmadan 7 milyard dollar qazanacaq
    Bu gün, 12:04 | Maşını elektrik dirəyinə çırpan sürücünü tok vurub öldürdü
    Bu gün, 12:02 | Dünya çempionatı: Millimiz Avstriyaya qalib gəldi
    Bu gün, 12:00 | Ukrayna “Yandeks”in daha bir data mərkəzini vurdu
    Bu gün, 00:00 | Ramzan Kadırovun Azərbaycana səfəri ilə bağlı videoicmal
    Dünən, 23:32 | "Biri varlı geyinir, biri kasıb, vahid forma olmalıdır" - Sakinlər nə düşünürlər? - Video
    Dünən, 16:56 | Qazaxda ilk dəfə bədii gimnastika üzrə "Grace of Nature" adlı turnir keçirilir
    Dünən, 13:04 | Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir - Niyə?
    Dünən, 13:02 | İsmayıllıda ev və köməkçi tikili yandı
    Dünən, 11:40 | Repetitorlar çətin sınaq qarşısında
    Dünən, 11:29 | Prezident 7 rayonun icra başçısı ilə bağlı sərəncam İMZALADI
    Dünən, 11:15 | Bu rayonlara qar yağıb - Hava məlumatı
    Dünən, 11:14 | Birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi
    Dünən, 11:06 | Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam
    Dünən, 11:05 | İlham Əliyev fərman imzaladı
    Dünən, 07:33 | Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?
    Dünən, 07:31 | "Qarabağ"ın hücumçusu “Olimpiakos”un düşərgəsində
    9-10-2026, 21:54 | Tovuzda ildırım yaşayış binasına düşdü - Foto
    9-10-2026, 21:27 | "Neftçi" "Sabah"la heç-heçə etdi, "Kəpəz" "Araz-Naxçıvan"a qalib gəldi
    9-10-2026, 20:20 | “Qarabağ” ordenli Vətən müharibəsi şəhidi baş leytenant Nəbi Hüseynov ildönümündə ehtiramla yad edilib
    9-10-2026, 20:14 | Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - RƏSMİ
    9-10-2026, 20:06 | Qida zəhərlənmələrinin böyük qismi ev şəraitində gigiyena tələblərinə uyğun hazırlanmayan konservlərdir - RƏSMİ
    9-10-2026, 18:42 | Ağstafada vətəndaşların növbəti səyyar qəbulu keçirilib
    9-10-2026, 18:34 | Qazaxda Vətən müharibəsi şəhidi əsgər Anar Vəliyevin əziz xatirəsi ehtiramla anılıb
    9-10-2026, 16:33 | Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
    9-10-2026, 15:40 | PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    9-10-2026, 12:59 | Lukaşenko Moldovanın MDB-dən çıxmaq qərarını tənqid etdi
    9-10-2026, 12:57 | Azad edilmiş ərazilərdə güzəşt tətbiq edilən yeni istehsal və sənaye sahələri məlum oldu - Foto
    9-10-2026, 12:16 | Söhbət sağ qalmaqdan gedir – Kliçko Kiyev sakinlərinə müraciət etdi
    9-10-2026, 12:01 | Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı
    9-10-2026, 11:56 | Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    9-10-2026, 11:52 | DİM-DƏ KADR DƏYİŞİKLİYİ - Abbaszadə əmr imzalayıb + FOTO
    9-10-2026, 11:49 | Çindən ABŞ-yə kimi 28-dən çox ölkənin rəsmiləri Bakıya gəlir
    9-10-2026, 11:42 | Məşhur görəndə özünü itirmək xəstəlikdir? - Bir FOTOnun min hoqqası
    9-10-2026, 11:39 | Yasamal rayonunda şəhidlərin anım mərasimi keçirildi
    9-10-2026, 11:37 | Azərbaycanın strateji valyuta ehtiyatları 89 milyard dolları keçdi
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.