İsraildə 7 jurnalist həyatını itirib
İsrailin Qəzza zolağındakı döyüşlər zamanı 7 jurnalistin həyatını itirdiyi bildirilir. Qəzza hökumətinin mətbuat ofisi KİV-in verdiyi itkilərlə bağlı yazılı açıqlama verib. Açıqlamada İsraildə oktyabrın 7-dən bu yana 7 mətbuat mənsubunun həyatını itirdiyi, 10-nun yaralandığı, 2 jurnalistin itkin düşdüyü bildirilib. Ölən jurnalistlərin adları Said əl-Tavil, Muhammed Subh, Hişam en-Nawacihe, İbrahim Lafi, Muhammed Cerğun, Muhammed es-Salihi, Esad Şemlah, Nidal al-Vahidi və Heysham Abdulvahid isə itkin kimi qeyd edilib. Bəyanatda həmçinin qeyd olunub ki, mülki yaşayış məntəqələrini bombalaması nəticəsində 40 media qurumu tamamilə və ya qismən zərər görüb.
Oxunub: 211
Xəbəri paylaş
Paylaş: