İrandakı səfirliyimizə hücum edən şəxs edam olunmayacaq – İran rəsmisi təkzib etdi
İran rəsmisi Azərbaycan səfirliyinə hücum edən şəxs barəsində edam hökmünün çıxarıldığını təkzib edib. Mediaxeberleri.Az xəbər verir ki, İranın Məhkəmə-Ədliyyə Sisteminin sözçüsü Məsud Setayeşi səfirliyə hücum edən şəxs barəsində ölüm hökmü verilmədiyini deyib. “Azərbaycanın Tehrandakı səfirliyinə hücum edərək səfirliyin bir əməkdaşını qətlə yetirmiş şəxs barəsində edam hökmünün çıxarılması ilə bağlı Azərbaycan dövlət televiziyasının iddiasını rədd edirik”,-deyə o, bildirib.
Oxunub: 333
Xəbəri paylaş
Paylaş: