Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
    "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
  • 
  • Həkim: “Bu tip insanlara görə icbari sığorta çökür”
    Həkim: “Bu tip insanlara görə icbari sığorta çökür”
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri

Son xəbərlər :
  • İşdən çıxarılanlara sığorta ödənişi - VİDEO
  • Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır
  • Bu gündən varlanmağa başlayacaq BÜRCLƏR
  • Moskvada narahat gecə: Ukrayna 630 PUA ilə hücum edib
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • Netanyahu "Mossad"a İranla bağlı əmr verdi - Foto
  • Universitet müəllimi intim görüş zamanı öldü
  • Avropa küçələrində Ermənistana etiraz
  • Cəbrayılda avtomobil aşdı, sürücü öldü
  • Həkim yod çatışmazlığından qorunmağın ən asan yolunu açıqladı
  • Avropa Liqasında III tur həyəcanı: "Milan", "Yuventus" və "Beşiktaş" sınaq qarşısında
  • Qadınlarda, kişlərdə ət xal, ziyillər varsa... - Sonu xərçəng olan xəstəliklər - MÜSAHİBƏ
  • Azərbaycana təhqir yağdıranların İP-i... - Sübut edildi
  • Eyni anda bir neçə iş görmək məhsuldarlığı niyə aşağı salır? - Mütəxəssis məsləhəti
  • Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?
  • Trombdan qorunmaq üçün səhərlər bunu edin
  • İsrail qırıcıları İrana doğru... - Hücum, yoxsa “təlim”?
  • Evinin "kupça"sı olmayanlara şad xəbər
  • Fəhlələr pullarını ala bilmirlər - VİDEO
  • Türkiyədə yaşayış binası çökdü: Ölən və yaralanan var
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Süni mayalanma, süni qida, süni intellekt – Salam, süni dünya

  • Tarix: 21-02-2026, 15:33

XXI əsr insanı paradoksal dövrün içində yaşayır. Texnologiya pik həddə çatıb. Qəribəsi odur ki, bu inkişafın içində maraq istiqaməti dəyişib. Kosmosda şəhər ideyası sensasiya doğurmur. Ay səthində toy etmək adi bir layihə kimi qəbul edilir. Süni intellektlə yazılan mətnlər heyrət doğurmur, o da adiləşib.

Bütün bu irəliləyişlərin fonunda insanın diqqəti qəribə şəkildə geriyə qayıdır. O, bir toyuğun yumurtlamasına daha çox maraq göstərir. Bir inəyin süd verməsi ona daha təbii və cazibədar görünür. Torpağa toxum səpib cücərməsini izləmək kosmik layihələrdən daha mənalı təsir bağışlayır.

Bu meyl təsadüfi sayıla bilməz. O baxımdan ki, texnoloji piklər insanı özündən alır. Odur ki, geriyə qayıdış istəyi texnologiyadan yorulmuş şüurun reaksiyasıdır. Texnoloji inkişaf zəncirvari reaksiya kimidir. Nüvə parçalanması kimi bir yenilik özündən sonra onlarla, yüzlərlə yenilik yaradır. Hər yenilik isə insanın həyatına yeni asılılıq forması gətirir. İnsan rahatlaşdıqca təbiətdən uzaqlaşır. Təbiətdən uzaqlaşdıqca isə psixoloji boşluq artır. Yəni proseslər biri-birinə zəncirvari bağlanır.

Bu gün ailə daxilindəki konfliktlər də bu boşluğun nəticəsidir. Dünyanın əksər ölkələrində valideynlərlə övladlar arasında dərin fikir ayrılığı mövcuddur. Problem təkcə nəsillərarası fərq deyil. Problem tərəfləşmədir. Eyni evdə yaşayan insanlar eyni dünyada yaşamırlar. Valideyn analog dövrün insanıdır. Övlad isə rəqəmsal mühitdə formalaşıb. Onların informasiya mənbəyi, düşüncə strukturu fərqlidir. Hətta qorxu və arzuları da fərqlidir.

Valideynlər təxminən problemi görür, amma qəbul etmək istəmirlər. Onlar hesab edir ki, övlad dəyişib. Halbuki dəyişən bütöv mühitdir. Uşaq hansı qida ilə böyüyübsə, hansı informasiya ilə qidalanıbsa, onun dünyagörüşü də ona uyğun formalaşıb. Süni uşaq yeməkləri ilə böyüyən nəsil, eyni zamanda süni informasiya mühitində yetişib. Sosial şəbəkələr, qısa videolar, filtrli reallıq onların şüurunda yeni norma yaradıb.

Elmi araşdırmalar göstərir ki, erkən yaş dövründə qəbul edilən qida növləri neyron əlaqələrin formalaşmasına təsir edir. Bağırsaq mikrobiomu ilə beyin fəaliyyəti arasında birbaşa əlaqə mövcuddur. Əgər qida sənaye üsulu ilə dəyişdirilibsə, onun təsiri yalnız fiziki deyil, davranış səviyyəsində də özünü göstərə bilər.

Süni mayalanma məsələsi də eyni dərəcədə mürəkkəb mövzudur. Tibbi baxımdan bu metod minlərlə ailəyə övlad sevinci bəxş edib. Bu, müasir tibbin mühüm nailiyyətidir. Lakin burada da sosial-psixoloji aspekt diqqətdən kənarda qalmamalıdır. Təbii mayalanma ilə süni mayalanma arasında genetik baxımdan fundamental fərq yoxdur. Uşaq bioloji olaraq valideynlərinin genlərini daşıyır. Fiziki oxşarlıq mümkündür. Hətta xarakter bənzərliyi də ola bilər.

Ancaq fərq prosesin özündədir. Təbii yaranma emosional, hormonal və psixoloji bütövlüyün nəticəsidir. Süni mayalanma isə tibbi müdaxilədir. Bu müdaxilə insanın təbiət üzərində nəzarət imkanını göstərir. Burada sual etik müstəviyə keçir. İnsan həyatın başlanğıcını planlaşdıra bilirsə, gələcəkdə hansı sərhədlər qalacaq?

Davranış və düşüncə fərqi məsələsinə gəlincə, burada daha çox mühit faktoru rol oynayır. Süni üsulla dünyaya gələn uşağın davranışı onun böyüdüyü ailə modelindən asılıdır. Lakin eyni zamanda o, yüksək texnoloji dövrün məhsuludur. O, planlaşdırılmış dünyada doğulub. Bu planlaşdırma şüuraltı olaraq həyatın da idarə edilə bilən bir mexanizm olduğu düşüncəsini gücləndirə bilər.

Süni qida mövzusu daha geniş miqyaslıdır. Genetik modifikasiya olunmuş məhsullar dünya bazarının böyük hissəsini təşkil edir. Rəsmi statistikaya görə, bir çox ölkələrdə GMO məhsullar geniş istifadə olunur. Bunun əsas məqsədi məhsuldarlığı artırmaqdır. Əhali artdıqca qida tələbatı da artır. Bu, iqtisadi zərurətdir.

Lakin genetik dəyişiklik edilmiş məhsullarla təbii məhsullar arasında fərq var. Təbii toxum torpağa düşəndə cücərir. Hibrid və ya steril toxum isə məhsul vermir. Bu, kənd təsərrüfatında asılılıq yaradır. Fermer hər il yeni toxum almağa məcbur olur. Bu isə iqtisadi modelin dəyişməsi deməkdir. Bu qısırlıq insanda da özünü göstərir.

Yediyimiz buğdanın tərkibində əvvəlki qida dəyəri varmı? Müasir buğda sortları daha məhsuldardır, amma zülal və mineral balansı fərqlidir. Ət sənayesi də dəyişib. Sürətli böyümə üçün xüsusi yemlərdən istifadə edilir. Bu dəyişikliklərin uzunmüddətli təsiri hələ də müzakirə mövzusudur.

Süni mayalanma ilə dünyaya gələn, süni qida ilə böyüyən, süni informasiya mühitində formalaşan nəsil artıq reallıqdır. Onların sayı barədə dəqiq statistika vermək çətindir. Çünki bu proses qlobaldır və fərqli formalarda təzahür edir.

İndi bu sıraya süni intellekt də əlavə olunub. Süni intellekt təkcə texnoloji alət deyil. O, qərarvermə prosesinə daxil olur. Təhsil, səhiyyə, maliyyə, media, hər sahədə iştirak edir. Onun mütərəqqi tərəfləri danılmazdır. Məlumat emalını sürətləndirir. İnsan səhvini azaldır. Yeni imkanlar yaradır.

Təhlükə ondadır ki, yeni nəsil düşünmə prosesini də alqoritmlərə həvalə edir. Cavab axtarmaq əvəzinə sorğu yazır. Analiz etmək əvəzinə nəticə gözləyir. Bu isə intellektual passivlik riski yaradır. Beyin istifadə edilmədikcə zəifləyir.

Bütün bunlardan sonra birmənalı şəkildə iddia etmək olar ki, robotlaşma prosesi qaçılmazdır. Dünya bu istiqamətdə gedir. Qarşı çıxmaq real nəticə verməyəcək, əksinə səni məhvə aparacaq. Bəs, uyğunlaşma necə olmalıdır? Texnologiyanı inkar etmədən təbiəti necə qoruya bilərik? Süni ilə təbii arasında balans necə qurulmalıdır?

Hər yan süni mayalanma, süni qida, süni intellektlə əhatələnib. Bu artıq emosional ifadədən kənar struktur reallıqdır. Şəhərlər süni landşaftdır. İşıqlandırma süni gündüz yaradır. İqlimə müdaxilə müzakirə olunur. Görünən odur ki, artıq insan öz yaratdığı mühitdə yaşayır. İndi insan təbitəin ona bəxş etdiyi mühitdə yaşamaq istəmir. Təbiət balans üzərində qurulub. İnsan isə maksimuma meyllidir. Hədd aşılarkən sistem pozulur.

Nəticə olaraq, süni dünya anlayışı yeni imkanlardan daha çox qorxu doğurur. Hesab edənlər var ki, insan öz düşünmə qabiliyyətini qoruyarsa, süni intellekt təhlükə olmayacaq, kömək edəcək. Qida istehsalında etik və elmi prinsiplər qorunarsa, aclıq problemi azalacaq. Ailə daxilində dialoq bərpa olunarsa, nəsillərarası uçurum daralacaq.

Biz süni dünyada yaşayırıq, yoxsa onu idarə edirik? Cavab gələcək nəsillərin taleyini müəyyən edəcək. Süni reallıq qaçılmazdır. Amma masir insanın təbii şüuru çox tənbəlləşir.

Elnur ƏMİROV


Oxunub: 406
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 09:31 | İşdən çıxarılanlara sığorta ödənişi - VİDEO
    Bu gün, 09:20 | Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır
    Bu gün, 09:10 | Bu gündən varlanmağa başlayacaq BÜRCLƏR
    Bu gün, 09:08 | Moskvada narahat gecə: Ukrayna 630 PUA ilə hücum edib
    Bu gün, 09:04 | Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Bu gün, 09:00 | Netanyahu "Mossad"a İranla bağlı əmr verdi - Foto
    Bu gün, 08:50 | Universitet müəllimi intim görüş zamanı öldü
    Bu gün, 08:35 | Avropa küçələrində Ermənistana etiraz
    Bu gün, 08:18 | Cəbrayılda avtomobil aşdı, sürücü öldü
    Bu gün, 08:15 | Həkim yod çatışmazlığından qorunmağın ən asan yolunu açıqladı
    Bu gün, 08:10 | Avropa Liqasında III tur həyəcanı: "Milan", "Yuventus" və "Beşiktaş" sınaq qarşısında
    Bu gün, 08:04 | Qadınlarda, kişlərdə ət xal, ziyillər varsa... - Sonu xərçəng olan xəstəliklər - MÜSAHİBƏ
    Bu gün, 07:55 | Azərbaycana təhqir yağdıranların İP-i... - Sübut edildi
    Bu gün, 07:50 | Eyni anda bir neçə iş görmək məhsuldarlığı niyə aşağı salır? - Mütəxəssis məsləhəti
    Bu gün, 07:48 | Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?
    Bu gün, 07:10 | Trombdan qorunmaq üçün səhərlər bunu edin
    Dünən, 23:34 | İsrail qırıcıları İrana doğru... - Hücum, yoxsa “təlim”?
    Dünən, 23:28 | Evinin "kupça"sı olmayanlara şad xəbər
    Dünən, 23:26 | Fəhlələr pullarını ala bilmirlər - VİDEO
    Dünən, 23:22 | Türkiyədə yaşayış binası çökdü: Ölən və yaralanan var
    Dünən, 23:18 | Qardaşdan gözlənilməyən sözlər: Azərbaycan xalqının incikliyi
    Dünən, 23:12 | Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Dünən, 22:37 | "Qalatasaray" "Lill" üzərində əzmkar qələbə qazandı - Video
    Dünən, 21:10 | Liderlərin qoruduğu qardaşlıq: Azərbaycana qarşı kampaniya kimə xidmət etdi?
    Dünən, 20:41 | Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Dünən, 20:39 | Bu agentliyə yeni icraçı direktor təyin olundu
    Dünən, 20:08 | Bakıda qarlı havalara görə milyonluq hazırlıqlar başladı
    Dünən, 20:07 | Uşaqların bağırsaq sağlamlığını belə qoruyun
    Dünən, 20:05 | İcbari tibbi sığorta ilə alınan dərmanların siyahısı genişləndiriləcək
    Dünən, 19:45 | Sabah paytaxtın iki rayonunda qaz olmayacaq
    Dünən, 18:48 | Rusiya-Ukrayna müharibəsində yeni müəmma: Sülhə doğru dönüş, yoxsa kapitulyasiya? - Foto
    Dünən, 18:04 | Bu mərkəzdə autizmli uşağın döyülməsi ilə bağlı cinayət işi başlanılıb
    Dünən, 17:30 | Ermənistandan azərbaycanlı çobanın sərhədi keçməsinə rəsmi münasibət
    Dünən, 17:25 | ÇL: Bugünkü oyunlara hansı kanallarda baxaq?
    Dünən, 16:38 | Kirayə mənzil mexanizmindən istifadə şərtləri dəyişdi - 3 il sonra mümkün olacaq
    Dünən, 16:35 | “Nərimanov” metrosunun hər tərəfi qazıldı - Foto
    Dünən, 16:33 | Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq öldü
    Dünən, 16:15 | Vətən Müharibəsi Qəhrəmanı Azər Yusiflinin əziz xatirəsi ehtiramla yad edilib
    Dünən, 15:55 | Azərbaycanlı çoban Ermənistana necə keçib? - TƏFƏRRÜAT
    Dünən, 14:14 | DÖVLƏT İŞİ, YOXSA ÖZƏL SEKTOR?... – Hansında maaş yüksək, gələcək daha etibarlıdır?
    Dünən, 14:11 | Ədliyyə Nazirliyinin idarə rəisi: "Bələdiyyələr potensiallarından düzgün istifadə etmirlər"
    Dünən, 14:08 | Milyonluq mənimsəmə işi: Sabiq rəis və sektor müdirinə ağır cəza istənildi - Foto
    Dünən, 14:02 | Qordana Silyanovska-Davkova İlham Əliyevə zəng edib
    Dünən, 14:00 | Türkiyənin 31 vətəndaşı "arzuolunmaz şəxs" elan edildi
    Dünən, 13:53 | Naxçıvanda Cavid Ağaməliyev saxlanıldı - FOTO
    Dünən, 13:26 | “QHT işi” üzrə ittiham olunan Zamin Zəki yenidən məhkəmə qarşısında
    Dünən, 13:11 | Rusiyanın qızıl ehtiyatları sürətlə azalır – Səbəb
    Dünən, 13:09 | Noyabrda 5 günlük tətil olacaq
    Dünən, 13:08 | Bakıda milyonluq dələduzluq: şirkət rəhbəri saxlanıldı
    Dünən, 13:07 | Sabah leysan yağacaq
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.