Xəbərdarlıq: Tualetdə telefondan istifadə etməyin, yoxsa...
Qastroenteroloq Saurabh Sethi xəbərdarlıq edib ki, tualetdə telefon istifadə etmək, bir sıra sağlamlıq problemlərinə yol aça bilər. Mediaxeberleri.Az xəbər verir ki, həkim bu barədə "TikTok" platformasındakı videosunda danışıb. Onun açıqlaması həm də "Mirror"da yayımlanıb. Sethinin sözlərinə görə, tualetə telefonla getmək məsləhət görülmür, çünki xəbərləri oxuyan və ya qadcetdə oyun oynayan insan tualetdə daha çox vaxt keçirir: "Bu, düz bağırsaq və anusda gərginlik və təzyiqə səbəb olur ki, nəticədə hemoroid, anal çatlar və rektal prolapsa səbəb ola bilər. Bundan əlavə, tualetdə arzuolunmaz bakteriyalar telefonun səthinə keçir ki, bu da müxtəlif xəstəliklər yaradar. Ən azı, işiniz bitdikdən sonra telefonunuzu dezinfeksiyaedici vasitə ilə silin".