Millimizin oyunu onlara tapşırıldı
AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Estoniya – Azərbaycan oyununu idarə edəcək hakimlərin adları açıqlanıb. Mediaxeberleri.Az xəbər verir ki, UEFA matçı almaniyalı hakimlər briqadasına tapşırıb. Görüşü FİFA referisi Robert Şröder idarə edəcək. Ona yan xətt hakimləri Kristian Qittelmann və Robert Vessel köməklik edəcək. Görüşün dördüncü hakimi isə Florian Badstübner olacaq. Qeyd edək ki, sözügedən matç oktyabrın 13-də Tallin şəhərindəki “Le Kok Arena”da baş tutacaq.
Oxunub: 245
Xəbəri paylaş
Paylaş: