Ağstafada “Əsgərə məktub” layihəsi çərçivəsində tədbir keçirilib
Azərbaycanın Dövlət Müstəqilliyin Bərpası Günü münasibəti ilə Ağstafada “Əsgərə məktub" layihəsi çərçivəsində tədbir keçirilib. Mediaxeberleri.Az xəbər verir ki, kütləvi-vətənpərvərlik tədbiri Ağstafa Rayon İcra Hakimiyyəti və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Ağstafa şəhəri, S.Vurğun adına mədəniyyət və istirahət parkında təşkil olunub. Tədbirdə təşkilatçıların məsul əməkdaşları, şəhid ailələrinin üzvləri, müharibə veteranları, rayon ictimaiyyətinin nümayəndələri, ağstafalı gənc və yeniyetmələr iştirak ediblər. Çıxış edənlər layihənin əhəmiyyətini vurğulayaraq bildiriblər ki, belə tədbirlərin keçirilməsinin məqsədi ictimaiyyətlə ordumuz arasında əlaqələrin möhkəmləndirilməsi, Vətəni qorumağa hər an hazır olan vətənsevər gənclər yetişdirmək, onlarda milli və hərbi vətənpərvərlik ruhunu gücləndirməkdir. Ağstafalılar Azərbaycan Ordusu sıralarında xidmət edən əsgərlərimizə ürəklərindən keçən ən xoş arzularını ünvanlayıb, xalqımıza qələbə sevincini yaşatdıqlarına görə sonsuz minnətdarlıqlarını çatdırıblar.