Bu ölkələrə sığınacaq üçün 800 mindən çox MÜRACİƏT
Bu il Avropa İttifaqı, Norveç və İsveçrəyə 800 mindən çox sığınacaq ərizəsi təqdim edilib. Mediaxeberleri.Az-ın məlumatına görə, bu barədə “Welt” qəzeti Aİ Sığınacaq Agentliyinin məlumatlarına istinadən yazıb. Qeyd olunub ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu, 2016-cı ildən bəri ən yüksək göstəricidir. Belə ki, cari ilin əvvəlindən oktyabrın 3-dək 29 ölkədə 801 459 sığınacaq müraciəti edilib. Ən böyük artım Latviyada (+168%) və Estoniyada (+119%) qeydə alınıb. Bu, Belarusdan qanunsuz miqrasiyanın kəskin artması ilə izah olunur. Üçüncü yerdə Almaniya qərarlaşıb - ötən ilin eyni dövrü ilə müqayisədə müraciətlərin sayı 74% artıb. Ən az müraciət Danimarka (-56%), Malta (-54%), Kipr (-52%) və Avstriyada (-41%) qeydə alınıb. Bu il sığınacaq üçün ən az müraciət edən ölkə indiyədək cəmi 26 müraciətlə Macarıstandır.