Cəlilabadda əmisi tərəfindən baltalandığı deyilən şəxsin son vəziyyəti açıqlandı
Cəlilabadda baltalanaraq xəsarət alan yeniyetmənin son vəziyyəti açıqlanıb. Bu barədə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Bildirilib ki, fevralın 1-i saat 17:00-da xəsarət alması səbəbi ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 2012-ci il təvəllüdlü (kişi) şəxsin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir: "Onun vəziyyəti stabil olaraq qiymətləndirilir". Xatırladaq ki, əmisi tərəfindən baltalandığı deyilən 2011-ci il təvəllüdlü Nağıyeva Həqiqət Musa qızı isə xəstəxanada vəfat edib.
Oxunub: 25
Xəbəri paylaş
Paylaş:





















