Ehtiyatda olan 300 min hərbçi orduya çağırılır
İsraildə ehtiyatda olan təxminən 300 min hərbçi orduya çağırılacaq. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusunun yaydığı məlumatda qeyd olunub. Bildirilib ki, bu İsrail tarixindəki "ən böyük, ən sürətli" çağırışdır. Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu səfərbərlik elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib. Qəzzadan İsrailə 4400 raket atıldığı təsdiqlənib.
Oxunub: 226
Xəbəri paylaş
Paylaş: