Qaz olmayacaq
Yanvarın 13-də saat 10:00-dan etibarən Şirvan şəhərinin bir hissəsinin qaz təchizatında fasilə yaranacaq. Buna səbəb Şirvan şəhəri Naxçıvan küçəsində yerləşən 1 264 mənzilli, 25 binadan ibarət MİDA MMC yaşayış kompleksinin təbii qazla təmin olunması məqsədilə yeni çəkilmiş qaz xəttinin texniki şərtə əsasən "Şirvan Əhali" ölçü qovşağından qidalanan diametri 530 millimetrlik mövcud kollektora birləşdirilməsidir. Bu məqsədlə Şirvan şəhərində ümumilikdə 4 705 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
Oxunub: 45
Xəbəri paylaş
Paylaş:





















