Ağstafada “Hər Fərd, Bərabər Hüquq” mövzusunda maarifləndirici tədbir keçirilib
Tədbir iştirkaçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirələrini bir dəqiqəlik sükutla yad edliblər. Tədbiri giriş sözü ilə açan Lalə Eyyubova çıxış edərək təlimin gender inklüzivliyinin və həssaslığın tədris və təlim təcrübələrinə inteqrasiyasını təşviq etdiyini, müəllimlər təkcə şagirdlərin bacarıqlarının inkişafına deyil, həm də şəxsi səlahiyyətləndirilməsinə, gələcək karyeralarına töhfə verən genderə həssas öyrənmə mühitinin yaradılmasında mühüm rol oynadığını bildirərək, 2025-ci il ərzində məsələ ilə bağlı görülmüş işlərə dair geniş məruzə ilə çıxış edib. Daha sonra Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş şöbəsinin müdiri Lalə Quliyeva, Ağstafa Rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri Oruc Mansırov, Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Ağstafa şəhəri texniki və humanitar fənlər təmayüllü liseyin Uşaq Birliyi Təşkilatının rəhbəri Nahidə Həsənova, Ağstafa şəhəri 3 nömrəli tam orta məktəbin tarix müəllimi Şəfəq Heydərli və Yaradullu kənd tam orta məktəbinin tarix müəllimi Şəfəq Cəlilova mövzuya dair geniş məruzələrlə çıxış ediblər.
Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasında keçirilən tədbirdə RİH başçısının müavini, Gender və uşaq zorakılığına qarşı monitorinq qrupunun sədri Lalə Eyyubova, monitorinq qrupunun üzvləri, rayonun ümumtəhsil məktəblərinin psixoloqları və uşaq təşkilatları birliklərinin rəhbərləri, eləcə də yerli özünüidarəetmə orqanlarının nümayəndələri iştirak ediblər.





















